Antibiotik yerinə propolis istehlak edin

Hit: 409
Antibiotik yerinə propolis istehlak edin

Mütəxəssislər antibiotik yerinə arılar tərəfindən hazırlanan propolisin istehlak edilməsini təklif edir.

Onlar bildirirlər ki, bal arılarının şanılarını hər cür təhlükəyə xəstəliyə, soyuq və istiyə qarşı qorumaq üçün təbiətdən yığdıqları və propolis adı verilən bu maddənin çox zəngin tərkibə malik olduğunu söylədi.

Propolisin içərisində polifenollar və komponentlər olduğunu izah edən araşdırmaçılar, çox yüksək antioksidant tutumunun olduğunu vurğuladı.

 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, propolisin hər dərdə dərman olduğunu ifadə edən mütəxəssislər belə dedi: "Propolisin antibiotik dəyəri var. Bazarda 3 ya da 5 növ antibiotik var, bu antibiotiklərə qarşı da mikroblar gedərək müqavimət qazanır. Bəlkə də gələcəkdə 15-20 il sonra antibiotik istifadə etməyəcəyik. Amma propolis elə deyil, təbii olduğu üçün çox yaxşı bir antibiotik xüsusiyyət daşıyır. Antibiotik yerinə propolis istehlak edilməlidir".

Xüsusilə palıd propolisinin dünya tərəfindən bilinən Braziliyanın qırmızı propolisindən daha qiymətli olduğuna diqqət çəkən araşdırmaçılar, bu məhsulun arıçılar tərəfindən kifayət qədər toplanmadığına diqqət çəkdi.









Redaktorun seçimi