Tənha olmaq ömrünüzü qısaldır - Araşdırma

Hit: 415
Tənha olmaq ömrünüzü qısaldır - Araşdırma

Aparılan araşdırmalara görə, yalnızlıq artıq çəkili olmaqdan da daha böyük problemdir.

Araşdırmalar nəticəsində məlum olub ki, yalnızlıq və özünü tənha hiss etmək duyğusu ömrü qısaldır. Bu da şişmanlığın mənfi təsirindən 20 faiz daha çoxdur.

Yalnızlığın insanı ölümə, intihara qədər aparmasına iki misal göstərmək olar. Məsələn, həbsxanada kimsə özünü pis aparanda onu hamıdan ayırıb, kimsənin olmadığı kameralara salırlar. Həmçinin yeni doğulan körpələr, insansız mühitdə qalsalar, qısa zamanda ölərlər.

Hazırda yalnızlıq ciddi problemlərdən birinə çevrilib və intiharlara, erkən ölümə, ağır xəstəliklərə səbəb olmaqdadır.

Təəssüf ki, bu "görünməz xəstəliyin" çarəsi isə, demək olar ki, yoxdur və ya tamamilə insanın özündən asılıdır. //Milli.Az

 

 









Redaktorun seçimi