Gündə 1 fincan nar suyu için - Möcüzənin şahidi olun - RESEPT

Hit: 920
Gündə 1 fincan nar suyu için - Möcüzənin şahidi olun - RESEPT

Bədənin müəyyən yerlərində əmələ gələn maye yığıntısı şişkinliyə və ağrıya səbəb olur. Bu maye bədəndən çıxarılmadıqda isə ciddi probelmlər yarada bilir. Bəs ödəm nədir? Necə yaranır? Onu bədəndən necə xaric etmək olar?

Publika.az bu sualların cavabını təqdim edir.

Ödəm bədənin bəzi faktorlardan dolayı maye toplamasına deyilir. Adətən, ilik toxumaları arasında toplanan bu maye şişkinlik yaradır. Ödəmə üz, əl və ayaqlarda daha sıx rast gəlinir. Duzlu yemək, hamiləlik, hormonal xəstəliklər, maqnezium, B6 vitamini, böyrək və qaraciyər kimi narahatlıqlar zamanı və ondan sonra ortaya çıxır. Duzlu yemək və az maye qəbul edilməsi bu narahatlığın basilica səbəbidir.

Ödəmin simptomları nələrdir?

Bədənin müəyyən nahiyələrində deformasiyaların gözlə görülməsi

Şişkinlik, ağrı

Şişkinliyin olduğu yerlərdən istifadə etmək çətinliyi

Nəfəs almaqda çətinlik

Baş ağrısı və dəri deformasiyası

Ödəm necə xaric edilir?

Nizamlı idman və qida qəbulu

Qan dövranını yaxşılaşdırmaq üçün gündə 15 dəqiqə ayaqları yuxarı qaldırıb uzanmaq

Daim eyni pozisiyada qalmamaq

Boya görə çəkinin balansda saxlanılması

Ödəm atmağa kömək edən qidalar

Nar tərkibindəki həlledici maddələr sayəsində ödəmi sidiklə birlikdə bədəndən xaric edir. Hər səhər iki budaq cəfəri yemək sayəsində ödəm bədəni tərk edər. Detoks qidaları içində ən təsirli olanı ananasdır. Ananas bədəndəki iltihablı hüceyrələri azaldır. Eyni zamanda, bədənin maye faizini balansda saxlayır. Buna görə də ödəmi azaldır. Xiyar gündəlik su ehtiyacının 50 faizini qarşılayır. Həm də bədəndəki artıq mayenin atmaqda mahirdir. Bundan başqa, ev şəraitində hazırlanan qatıq da işə yarayır.

Reseptlər

İki fincan suyun içində 35 ədəd albalı sapı ataraq qaynadın. Süzdükdən sonra için. Bir həftə ərzində səhər yeməyindən 2 saat sonra 1 dəfə, günorta yeməyindən 2 saat sonra da 1 dəfə olmaqla istifadə edin.

3 su fincanının içinə 1 ovuc qarğıdalı saçağı, 5 ədəd qurudulmuş albalı saplağı, 6 ədəd qurudulmuş cəfəri, bir çay qaşığı quru yaşıl çay yarpağı və 2 ədəd mixək əlavə edin. 6 dəqiqə qaynadın. 4 dəqiqə gözlədikdən sonra süzüb için. Ən ideal saatlar səhər və axşam yeməyindən 1 saat öncəsidir.

Nar suyu

Təbiətdəki ən təsirli antioksidant olan nar suyu ödəmin dərmanıdır. Hər gün bir fincan nar suyu içmək olduqca faydalıdır. Lakin şəkər xəstələri bundan istifadə edərkən həkimlə məsləhətləşməlidir.









Redaktorun seçimi