Elm adamları tibbi inqilaba imza atıb - damar, xərçəng, diabet...

Hit: 181
Elm adamları tibbi inqilaba imza atıb - damar, xərçəng, diabet...

Kanadanın Britaniya Kolumbiyası Universitetinin Həyat Elmləri İnstitutu tibbi inqilaba imza atıb.

 

Faktor.az "publika.az"-a istinadla xəbər verir ki, ilk dəfə laboratoriya şəraitində xüsusi qablarda insan damarları böyüdülüb.

 

Professor Yosef Penninqerin rəhbərlik etdiyi qrup insan oqranizmindən kök hüceyrələrdən götürüb istifadə edərək "vaskulyar orqanoid" yetişdirib. Bu orqanoidlər gerçək insan damarlarınının quruluşu və funksiyalarını təqlid edir.

 

Daha sonra bu orqanoidlər siçanlara transplantasiya edilib. Onların arterial və kapilyar damarlar daxil olmaqla, mükəmməl şəkildə funksional insan damarlarına çevrildiyi müşahidə edilib. Sınağın nəticəsi damar xəstəliklərinin ortaya çıxardığı çatışmazlıqları aradan qaldırmaqda istifadə edilə bilər.

 

Professor bildirib ki, bu damarlar Alzheymer, kardio-vaskulyar xəstəliklər, açıq yaraların sağalması, xərçəng və diabet xəstəliklərinin müalicəsində istifadə edilə bilər.

 

Qeyd edək ki, prosesin detalları "Nature" dərgisində yayımlanıb.









Redaktorun seçimi