Qripə qarşı ən yaxşı təbii vasitələr - Xalq təbabəti reseptləri

Hit: 647
Qripə qarşı ən yaxşı təbii vasitələr - Xalq təbabəti reseptləri

Mütəxəssislər qripin ilk simptomlarında güclü virus əleyhinə xüsusiyyətləri olan təbii vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Bu vasitələr qripin gedişatını yüngülləşdirir, bir çox hallarda müxtəlif ağırlaşmaların qarşısını alır. Rusiyalı mütəxəssislər ən güclü belə vasitələri sadalayıblar.

Aloe vera

Faktor.az saglamolun.az-a istinadən bildirir ki, bu bitki immun sistemini gücləndirir, virusla mübarizə edir, qripin simptomlarını yüngülləşdirir. Aloe şirəsini eyni miqdarda balla qarışdırıb gündə 2-3 dəfə 1 x.q. olmaqla qəbul edin.

Sarımsaq

Güclü virus və mikrob əleyhinə tasirə malik olan sarımsaq qrip və soyuqdəymə zamanı ən effektli təbii vasitələrdəndir. Sarımsağı tez-tez salatlara əlavə edin. Həmçinin xüsusi sarımsaq suyu hazırlamaq olar. 5 diş sarımsağı blenderdən keçirin, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, su soyuyanda süzün, 1-2 x.q. bal əlavə edin. Dəmləməni gün ərzində hər dəfə 1-2 x.q. olmaqla için.

Zəncəfil

Ən güclü virus əleyhinə vasitələrdən biridir. Zəncəfilli-limonlu çay qrip və soyuqdəymənin simptomlarını yüngülləşdirir, öskürək və zökəm zamanı yardım edir, immuniteti gücləndirir, sağalmanı tezləşdirir. Çaya bal da əlavə edə bilərsiniz.

Sarıkök

Mütəxəssislər qrip və soyuqdəymənin ilk simptomlarında bal və sarıkök əlavə olunmuş süd içməyi tövsiyə edirlər. Bu qarışım güclü virus əleyhinə vasitədir. 1 stəkan çox da isti olmayan südə (təxminən 40 C) 1 c.q. sarıkök və 1 x.q. bal əlavə edin, qarışdırın və için.









Redaktorun seçimi