Öskürəyə qarşı ən yaxşı vasitə qara şokoladdır

154 dəfə oxunub
Öskürəyə qarşı ən yaxşı vasitə qara şokoladdır
Halla universitetinin mütəxəssisləri bir sıra araşdırmalardan sonra nəticələri açıqlayıblar.

Faktor.az xəbər verir ki, alimlərin tədqiqatının nəticələrinə əsasən, qara şokolad öskürəkdən qurtulmağa kömək edir. Həm də soyuqdəyməyə qarşı ən yaxşı vasitədir.

Alimlərin fikrinə görə, şokolad qısa müddət ərzində boğazın selikli qişasını tutur və qıcıqlanmanı azaldır. Bundan başqa kakaonun tərkibində teobromin maddəsi var. Bu maddə orqanizmin seliyə olan tələbatını azaldır.

 

Alimlər təcrübə zamanı 160 könüllüyə müraciət ediblər. Könüllülər soyuqdəymə simptomu ilə gəliblər və dərman əvəzinə qara şokolad yeyiblər. Bir neçə gün sonra isə pasientlər özlərini yaxşı hiss etdiklərini bildiriblər. 



Redaktorun seçimi