Xərçəng xəstəliyi ilə bağlı İNQİLABİ YENİLİK - Mükəmməl ARAŞDIRMA

245 dəfə oxunub
Xərçəng xəstəliyi ilə bağlı İNQİLABİ YENİLİK - Mükəmməl ARAŞDIRMA

Böyük Britaniyada xərçəng xəstəliyinin qarşısını almaq üçün "Breath Biopsy" adlı nəfəs aparatı sınaqdan keçiriləcək. Bu aparat tənəffüs orqanlarının hüceyrələrində xərçəng əlamətlərini müəyyən etmək məqsədilə düzəldilib.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, Kembricin "Addenbrooke" klinikasında 2 il müddətində keçiriləcək sınaq zamanı xərçəng xəstələri ilə yanaşı, sağlam insanlar da olmaqla 1500 nəfər iştirak edəcək. Sınaq Britaniya Xərçəng Tədqiqat Mərkəzi və qurğunu düzəltmiş "Owlstone Medical" şirkəti tərəfindən aparılacaq.

Sınaq zamanı düzgün və etibarlı nəticə əldə edilərsə, "Breath Biopsy" aparatından geniş şəkildə istifadə olunacaq. Alimlər ümid edirlər ki, bu yolla xərçəng xəstəliyinin diaqnozu daha tez qoyulacaq və ucuz başa gələcək.



Redaktorun seçimi