Qucaqlaşmanın 20-yə yaxın faydası

165 dəfə oxunub
Qucaqlaşmanın 20-yə yaxın faydası

Milli.Az Türkiyə mətbuatına istinadla qucaqlaşmanın 20-ə yaxın faydasını təqdim edir:

Xoşbəxtlik hormonunun ifrazı sayəsində xoşbəxt olmağı təmin edir.

Güvən hissi yaradır.

Narahatlıqları azaldır.

Tərəflərin sakitləşməsinə şərait yaradır.

Qarşı tərəfi anlamağı asanlaşdırır.

Gərginliyi və stresi aparır.

Şəfqət hissi və rahatlıq verir.

Bağlılıq yaradır.

Sədaqəti artırır.

Hamilə qadınlarda doğuşdan sonrakı ağrıları azaldır.

Yeni doğuş edən qadınlarda südün artımına səbəb olur.

Depressiyanı uzaqlaşdırır.

Psixoloji problemlərin azalmasına kömək olur.

Aşiq olmağa şərait yaradır.

Ayrılığa mane olacaq gücə malikdir.

Ayrılıq acısını azaldır.

Qeyd edək ki, 21 yanvar tarixi bütün dünyada Qucaqlaşma Günü kimi qeyd olunur. Beynəlxalq Qucaqlaşma Gününün (International Hug Day) əsası 1986-cı ildə ABŞ-da qoyulub. Sonradan bütün dünyada yayılıb.



Redaktorun seçimi