Həkimlər xəbərdarlıq edir - Çox yatmaq ölümə səbəb olur

Hit: 451
Həkimlər xəbərdarlıq edir - Çox yatmaq ölümə səbəb olur

8 saatdan çox yatan insanlarda ürək, damar xəstəliklərinə yoluxma və hətta ölüm risqi yüksək olur. 

Faktor.az medicina.az-a istinadən bildirir ki, 21 ölkədən olan 35-70 yaş arası 116632 nəfər üzərində aparılan 8 illik araşdırma boyunca 4381 insanın ölümü qeydə alınıb ki, bunlardan 4365-i ürək-damar xəstəliklərinə bağlıdır. 

Araşdırma nəticəsində 6-8 saat yatan insanların digərləri ilə müqayisədə həyatları boyunca daha az xəstələndikləri təsdiqlənib. Amma gündəlik yuxuları 6 saatdan az və 8 saatdan çox olan şəxslərdə isə ölüm risqi daha yüksək olub. Həm də eksperiment nəticəsində yuxunun artıqlığının azlığından daha təhlükəli olduğu da məlum olub. Belə ki, 8-9 saatlıq yuxu ölüm risqini 5%, 9-10 saatlıq yuxu isə 17%, 10 saatdan artıq yuxu isə 41%-dək artırıb. 6 saatdan az yuxu isə ölüm risqini cəmi 9% artırıb. 

Bundan əlavə gündüz yuxusu (təxminən 30-60 dəqiqə) sağlamlıq problemlərini və ölüm risqini yalnız insan gecələr 6 saatdan az yatdıqda artırır.

Daha əvəllər aparılan təcrübələrdə 8 saatdan çox yatan qadınlarda süd vəzi xərçənginin əmələ gəlmə risqi 20%-dən çox olması müəyyən edilmişdi.









Redaktorun seçimi