Qaraciyəri qoruyan, damarları təmizləyən şirin dərman

Hit: 761
Qaraciyəri qoruyan, damarları təmizləyən şirin dərman

Şirin, dadlı, ətirli mandarinin bir çox faydalı xüsusiyyətləri var.

Mandarin ən güclü antioksidantlar sayılan C və A vitaminlər, B qrupu vitaminləri, maqnezium, kalium, dəmir, kalisium kimi minerallar, pektinlər, orqanik turşular, flavonoidlərlə olduqca zəngindir. Belə zəngin tərkibə görə mandarin insan sağlamlığına böyük fayda verir.

Faktor.az saglamolun.az-a istinadən mandarinin faydaları ilə tanış edir:

- Mandarin kapilyar və damarları təmizləyir və möhkəmləndirir, onları daha elastik edir.

- Qanda xolesterinin səviyyəsini aşağı salır.

- Ürəyin fəaliyyətini yaxşılaşdırır.

- Qaraciyəri piylənmədən qoruyur.

- Sakitləşdirir, əhvalı yaxşılaşdırır, stresdən çıxardır.

- Görməni və dərinin vəziyyətini yaxşılaşdırır.

- Bağırsaqları təmizləyir, qəbizlik zamanı faydalıdır.

- Şəkərli diabetin inkişafından qoruyur.

- Xərçəng əleyhinə təsirə malikdir.

- Virus və göbələklərə öldürücü təsir edir.

- Orqanizmdə iltihabları azaldır.

- Orqanizmi möhkəmləndirir, orqanizmin tonusunu qaldırır, yorğunluğu azaldır.

- Metabolizmi sürətləndirir, orqanizmdə piylərin yığılmasına mane olur.

Bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq alimlər mandarini həddindən çox yeməyi tövsiyə etmirlər. Böyüklər gün ərzində 3-4 mandarin yeyə bilələr.

Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı mandarin yemək olmaz. Həmçinin mandarin allergiyaya səbəb ola bilər.









Redaktorun seçimi