Artıq pəhrizsiz arıqlamaq mümkündür

Hit: 473
Artıq pəhrizsiz arıqlamaq mümkündür

Avstraliya dietoloqu Jessika Sepel, yüksək kaloriyalı məşhur yeməklərə alternativ olaraq qidalar təklif edib.

Faktor.az deyerler.org-a istinadən bildirir ki, ilk olaraq o, pizzanın əsasını təşkil edən məhsulları gül kələmi ilə əvəz etməyi, yüksək kaloriyalı unu, xırda doğranmış kabaçokla, noxuddan hazırlanmış makarondan istifadə etməyi təklif edir.

Eyni zamanda o, isti şokolad əvəzinə, badam südünün kakao ilə birlikdə qəbul etməsini tövsiyə edir. O, bunun, həmçinin yatmazdan öncə qəbulu xeyirli sayılan içkilərdən olmasını qeyd edir. Sağlam dondurmanın hazırlanması üçün isə, blenderdə dondurulmuş bananın üyüdülüb, badam südüylə, bir miqdar dəniz duzunun, sarıkökün, ağcaqayın şərbətinin əlavə edilməsi ilə dondurma halına gələnə qədər qatışdırılmasını təklif edib.

Dietoloqlar gün ərzində qidalanmanın düzgün tənzim olunmasını məsləhət görürlər. Onların sözlərinə görə, səhər yeməyi ilə nahar arasında heç olmasa səkkiz saat fasilə olmalıdır. Bu halda bunun müsbət nəticəsi 2-3 həftədən sonra bilinəcək.

 








Redaktorun seçimi