Allergiyanın bu növündən masajla XİLAS OLUN

Hit: 480
Allergiyanın bu növündən masajla XİLAS OLUN

Əsasən yaz-payız aylarında bir çox insanlarda meydana çıxan nəfəs yollarının allergiyası insanda narahatlıq hissi yatarmaqla yanaşı bir sıra xəstəliklərə də yol açır. Qəbul edilən antihistamin preparatlar xəstəliyin əlamətlərini müvəqqəti olaraq yüngülləşdirir. Həkimlər bu dərmanların mütəmadi olaraq qəbul edilməsinin qaraciyərə toksiki təsir edəcəyini bildirirlər. Buna görə də allergik reaksiyalı xəstələr həyatlarını yüngülləşdirmək üçün bir sıra alternativ metodlara müraciət etməlidirlər.

Faktor.az medicina.az-a istinadən allergiyanın əlamətlərinin təhlükəsiz yolla aradan qaldırmağın üsulunu təqdim edir:

Allergiyanın yüngülləşdirməyin ən təhlükəsiz metodlarından biri masajdır. Üzün masajı (ənənəvi qədim Çin masajı) nəfəs yollarının allergiyası zamanı meydana çıxan əlamətləri bir xeyli azaldır.

Həkimlərin bildirdiklərinə görə, göz ətrafını burunüstü nahiyyədən aşağıya doğru və almacıq sümüyünün üzərini baş barmaq vasitəsilə kiçik dairələr şəklində masaj etmək lazımdır. Bu masajın nəticəsində göz və burun nahiyyəsində qan dövranı yaxşılaşır. Nəticədə də allergik reaksiyaya bağlı olan iltihab azalır.

Ağırlaşmalar zamanı bu cür masajı hər dəfə 5 dəqiqə olmaqla gün ərzində 2-3 dəfə etmək məsləhətdir.

 









Redaktorun seçimi