Balığın heç yerdə rast gəlməyəcəyiniz 10 FAYDASI

Hit: 455
Balığın heç yerdə rast gəlməyəcəyiniz 10 FAYDASI

Balıq və balıq məhsullarının insan bədəninə və fiziologiyasına saymaqla bitməyəcək qədər faydaları var.

Faktor.az bu faydaların ən vaciblərini təqdim edir. Bu faydalar mütəxəssis dietoloqlar və həkimlər tərəfindən təsdiq edilmişdir.

1.Ürəyin sağlamlığını qoruyur. Balığın tərkibində doymamış yağ turşusu var. Buna görə də ətdən fərqli olaraq xolestrolun səviyyəsini aşağı salır. Əsl yaralı yağ isə Omeqa 3-dür.

2.Damarları təmizləyir. Damardaxil tıxanıqlıqlar yaranmasının qarşısını alır. Dəniz məhsullarının tərkibində olan Omeqa 3 yağlarındakı EPA və DHA-lar eikosanoidlərin sağlam səviyyədə qalmasına yardımçı olur. Bu eikosanoidlər bədənin xərçəngə və digər öldürücü xəstəliklərə qarşı qoruyan hormonabənzər maddələrdir.

3.Oynaqlara faydalıdır. Oynaqlarda aşınmanın qarısını alır. Oynaqların şişməsinə yol açan romatoid artritin simptonmlarını azaldır.

4.Gözün sağlamlığı üçün vacibdir. Mütəmadi balıq yemək gözün parlaq və sağlamlığını təmin edir. Omeqa 3 yağı görüntünün bulanıqlaşmasına yol açan və yaşla bağlı olan, degenererasiyaya məruz qalanlarda görmə funksiyalarını qoruyur.

5.Dəniz məhsulları vücudun problemsiz işləməsi üçün lazım olan yod, selenium və kaliuma malikdir. Balıq A və D vitamininə malik ən zəngin qidalardandır.

6.Nəfəs problemlərinə təsirlidir. Ağ ciyərlərin qorunmasına yardımçı olur. Uşaqlarda astmanın ilkin simptomlarının qarşısını alır.

7.Depressiya ilə mübarizədə faydalıdır. Omeqa 3-ün aşağı səviyyədə olması depressiyanın yüksək səviyyədə olması ilə bağlıdır. Dəniz məhsulları mövsümi duyğuların balansda qalmasına yardımçı olur.

8.Dərinin sağlamlığı və gözəlliyi üçün əvəzedilməzdir. Dərinin ultrabənövşəyi şüalardan aldığı zədələri aradan qaldırır. Elastikliyi və protein deposunu təmin edir.

9.Bağırsağın sağlam qalmasını təmin edir. Bağırsaq xəstəliklərindən qoruyur.

10.Beyin gücünü artırır. İnsan beyninin 60%-i yağdır. Bunun əksər hissəsini də Omeqa 3 təşkil edir. Diqqətin toplanmasında, oxuma bacarığının yaxşılaşmasında, davranış, hiperaktiv pozuntuların aradan qaldırılmasında balıq ən təsirli vasitələrdəndir. (publika.az)









Redaktorun seçimi