Mürəkkəb neyrocərrahi əməliyyat - Beyindən böyük törəmə xaric edilib

132 dəfə oxunub
Mürəkkəb neyrocərrahi əməliyyat - Beyindən böyük törəmə xaric edilib

Glioblastoma multiform mərkəzi sinir sisteminin bədxassəli şişidir. Birincili beyin şişlərinin ən aqressiv olan və daha çox rast gəlinən bu forması insanın istənilən yaş dövründə aşkarlana bilər. Lakin xəstəlik 50-70 yaş arasında daha çox qeydə alınır. Müalicəsi əsasən cərrahi əməliyyatdan və yatağın şüalanmasından ibarətdir. Çox vaxt şiş böyük olur və beynin mərkəzlərinə yaxın yerləşir. Əsas məqsəd mümkün qədər çox şiş toxumasının çıxarılması və ən əsası xəstədə əməliyyatdan sonra nevrolojik qüsura yol verilməməsidir.

Faktor.az xəbər verir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, nitqin pozulması və sağ ətraflarda gücün azalması şikayəti ilə mərkəzə müraciət edən xəstənin beyninin sol tərəfində böyük törəmə aşkar edilib. Hərəkət və danışıq mərkəzlərinə olduqca yaxın yerləşmiş törəmə neyrocərrah Azər Əkbərov tərəfindən gross total əməliyyat üsulu ilə xaric edilib. Əməliyyatdan sonra heç bir qüsur qeydə alınmayıb və xəstənin şikayətləri aradan qalxıb. Əməliyyatdan dörd ay sonra çəkilən baş beyinin kompüter tomoqrafiyasında beyin dislokasiyası və ödəmin keçdiyi aşkarlanıb.



Redaktorun seçimi