Qəhvə və şərabın yaşlanma ilə mübarizədə faydalı olduğu sübut edilib

148 dəfə oxunub
Qəhvə və şərabın yaşlanma ilə mübarizədə faydalı olduğu sübut edilib

Almaniyanın Erlangen-Nürnberq Universitetinin alimləri hidrokinonlu məhsulların yaşlanma prosesini yavaşlada biləcəyini aşkarlayıblar.

Faktor.az "ölkə.az"-a istinadən bildirir ki, bu maddələr ən çox şokolad, çay, qəhvə və şərabın tərkibində olur.

Hidrokinonlar polifenollarda, bitki tərkibli qoxu və dad əlavələrində də tapıla bilər. Sink ilə birləşdikdə, ferment superoksid dismutazını təqlid edən bir kompleks meydana gətirirlər. Superoksidin təbii qorunması nəticəsində bədəndə oksidləşmə prosesinin qarşısını alır.

Süperoksid bədənin zülal və ya lipidlər kimi öz biomolekullarına zərər verən insan hüceyrəsinin yan məhsuludur.



Redaktorun seçimi