Gec yaşda ata olanlara xəbərdarlıq - Bunu mütləq bilməlisiniz

157 dəfə oxunub
Gec yaşda ata olanlara xəbərdarlıq - Bunu mütləq bilməlisiniz

Gec yaşda ata olanların uşaqları erkən yaşda ata olanların uşaqları ilə müqayisədə xəstəliklərə qarşı daha zəif olurlar.

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da aparılan elmi araşdırmalara görə 45 yaşından sonra ata olan kişilərin uşaqlarının səhhətində xəstəliklər daha çoxdur. “Britaniya Tibb Jurnalı”nda yayılan məlumata görə, araşdırma 25-34 ilə 45 yaşı ötən kişilər arasında aparılıb.

Məlum olub ki, gec ata olanların körpələri ilkin normal çəkidən - 2,5 kq-dan az olurlar. Doğulduqdan sonra da tibbi baxıma daha çox zərurət yaranır. Bu hal digər kateqoriyadan olan körpələrlə müqayisədə 14 faiz artıqdır. Bu uşaqların xəstəliklərə tutulma ehtimalı da 18 faiz çoxdur.

 

Cavid Zahidoğlu//Faktor.az



Redaktorun seçimi