Azərbacanda bu xəstələr üçün dövlət verdiyi pulları artırdı

66 dəfə oxunub
Azərbacanda bu xəstələr üçün dövlət verdiyi pulları artırdı
Gələn ilin dövlət büdcəsindən xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstəliyinin müalicəsi üçün ayrılacaq vəsait artırılır.

“Ölkə.az” xəbər verir ki, bu, Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfində öz əksini tapıb.

Gələn il bu xəstəliklərin müalicəsi üzrə tədbirlərə əlavə olaraq 15 milyon manat ayrılması nəzərdə tutulub. Vəsaitin artılmasına səbəb ölkədə şəkərli diabet və xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayının artmasını və istifadə olunan dərman vasitələrinin əksəriyyətinin xaricdən alınmasıdır.

Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılacaq məbləğdən 44,3 milyon manat şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tədbirlərin maliyyə təminatına, 30,1 milyon manat isə xroniki böyrək çatışmazlığı xəstəliyi ilə mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsinə  ayrılacaq.

Qeyd edək ki, 2019-cu ildə səhiyyə xərcləri üçün ayrılacaq vəsaitin 231,9 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da 2018-ci ilə nisbətən 81,2 milyon manat çoxdur. Eyni zamanda, səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,2 faiz təşkil edəcək ki, bu da 2018-ci illə müqayisədə 1 faiz çoxdur.

 



Redaktorun seçimi