Toyuq əti və onun yaratdığı qorxunc təhlükələrlə bağlı İNANILMAZ FAKTLAR - MÜTLƏQ OXUYUN!

233 dəfə oxunub
Toyuq əti və onun yaratdığı qorxunc təhlükələrlə bağlı İNANILMAZ FAKTLAR - MÜTLƏQ OXUYUN!

Quşçuluq fabriklərində toyuqların sadəcə 5-7 həftə ərzində lazımi çəkiyə çatması üçün onlara nə yedizdirirlər? Toyuq almazdan əvvəl toyuqların necə bəslənməsi ilə bağlı nəyi bilmək lazımdır?

Faktor.az xarici mətbuata istinadən toyuq əti və onun yaratdığı risklərlə bağlı bütün həqiqətləri təqdim edir.

Toyuq sinəsi ənənəvi olaraq düzgün rasionunun və zülal mənbəyinin əsas komponentlərindən biri kimi qəbul edilir. Bununla belə o kifayət qədər ucuz qiymətə satılır və hazırlanması sadədir. Lakin ucuz toyuq döşü ən "çirkin" növ quş əti sayılır.

Toyuq filesinin qiymətini azaltmaq üçün istehsalçı quşların qidalanma dəyərini azaltmalı və böyümə dövrünü sürətləndirməlidir. Nəticədə, toyuqlar ucuz məhsulla bəslənir və çəkisini sürətlə artırmaq üçün zərərli dərmanlar istifadə olunur.

Toyuğun həyat tsikli 5-7 həftədir

Sənaye istehsalında toyuğun orta ömür müddəti 5-7 həftə təşkil edir, bundan sonra əgər onu cəmiyyətin ehtiyacları üçün kəsməsələr, o, öz əcəli ilə ölür. Kəndlərdə isə toyuqların orta ömür müddəti bir neçə ildir.

Bəs quşçuluq fabrikləri toyuqların qısa müddətdə lazımi ölçüyə gəlməsinə necə nail olurlar?

Kimyəvi təcavüz toyuğun doğumundan öncə başlayır. Bunlar inkubator yumurtalara təsir edən müxtəlif dezinfeksiyalardır. Toyuqlar yumurtadan çıxandan sonra əkinçilik atelyesinə nəql olunur. Burada onlar dezinfeksiya edici dərmanlara, güclü antibiotiklərə və vaksinlərə məruz qalırlar.

Başlıca təhlükə nədən ibarətdir?

Toyuqları peyvəndləmək prosesi bir qayda olaraq, qrup üsulla - aerozol köməyi ilə həyata keçirilir, ya da dərmanı su ilə içirdirlər. Nəzəri cəhətdən, bütün vaksinlər quş və insan üçün müvafiq təhlükəsizlik sertifikatlarına malikdirlər. Amma təhlükə peyvəndin yanlış istifadəsindən, dərman preaparatlarının keyfiyyətsizliyindən, həmçinin toyuqların immunizə prosesinə hazırsızlığından qaynaqlanır. Odur ki, zəhərli xəstəliklərə qarşı vurulan səhv peyvəndlərin və keyfiyyətsiz ətin insana zərər verməməsi qaçılmazdır.

Bir toyuğun xəstəliyi bütün balaların ölümünə gətirib çıxara bilər. Bunun üçün quşlara bütün həyatı boyu kurslarla antibiotiklər verilir. Antibiotikli məhsullarının istifadəsinin ziyanı çox istiqamətli xarakterə malikdir.

 

Birincisi, belə quşların istifadəsi insanda həzm traktının, qaraciyərin, böyrəklərin işinin pozulmasına səbəb bilər.

İkincisi də, müxtəlif kəskin allergik reaksiya yarana bilər.

Lakin ən dəhşətlisi ölkə miqyasında bütün əhalinin mütəmadi olaraq mikrodozada antibiotikləri qəbul etməsidir.

Bu, antibiotiklərin davamlı təsirinə müqavimət göstərən bakteriya formalarının yaranmasına gətirib çıxarır. Başqa sözlə, əgər insan, məsələn, ağciyər iltihabına yoxulubsa, antibiotiklər patogenə təsir etməyəcək.

Toyuqların nə ilə bəslənməsi də az əhəmiyyət daşımır. Xüsusi tətbiq olunan maddələrdən əlavə olaraq, müxtəlif mənşəli və kombinə edilmiş başqa qrup təhlükəli tərkibli yemlər verilir. Onlar çirklənmiş yem xammalı kimi toyuqlara daxil olur və bu, ilk növbədə pestisidlərdir.

Toyuqların sürətlə kökəlməsi üçün onların yemlərinə estrogen qadın hormonunu tökürlər. Qadınlarda bu hormonun artması menstruasiya dövrün gecikməsini provokasiya edə bilər, kişilərdə isə sonsuzluq təhlükəsi yaradır.

Bundan başqa, hormonlarla doldurulmuş ətdən mütəmadi olaraq istifadə insanın öz hormonların pozulmasına, immunitetin azalmasına, allergik reaksiyalara, dəridə problemlərə gətirib çıxara bilər. Hormonal əlavələrdən xüsusilə uşaqlar əziyyət çəkir, onlarda cinsi inkişaf pozulur və gələcəkdə orqanizmin məhsuldar fəaliyyəti zəifləyir.

Nəticə

Quşçuluq fabrikləri əczaçılıq firmaları toyuqları dünyaya göz açdığı andan etibarən onları müxtəlif məhsullarla doldururlar. Və kəsim sexi də öz töhfəsini verir, belə ki, burada broylerlər dezinfektantlarla emal edilir.

Ancaq ətin hər bir partiyasını tam olaraq araşdırmaq həmişə mümkün deyil. Buna görə də istehlakçılar üçün toyuq ətinin görünüşü və dad xüsusiyyətləri brendin keyfiyyətinin əsas meyarı olaraq qalır. (publika.az)



Redaktorun seçimi