Alimlərdən yeni açıqlama: Sonsuzluq...

Hit: 454
Alimlərdən yeni açıqlama: Sonsuzluq...

"BYU İnternational" jurnalında alimlərin yeni məqaləsi dərc edilib.

Faktor.az "ölkə.az"-a istinadən bildirir ki, məqaləyə əsasən, sonsuz kişilər əsasən diabet xəstəliyindən və metabolizma pozqunluğundan əziyyət çəkirlər.

Milan universitetinin alimi Andrea Saloniya məsələ ilə bağlı deyib:
"Bizim müşahidələr göstərdi ki, sonsuz kişilərin 15%-i şəkər xəstəliyindən əziyyət çəkirlər və bir çox halda bundan xəbərsiz olurlar. Diabet xəstəliyi spermanın keyfiyyətinin aşağı düşməsi və FSH hormonunun səviyyəsinin artması ilə müşahidə edilir".

Hesablamalara əsasən, Qərb ölkələrində cütlüklərin 10-15%-i tərəflərdən birinin sonsuz olmasına görə nəsil artıra bilmir. Sonsuzluq nisbəti qadınlar və kişilər arasında eynidir. Sonsuzluğun bioloji səbəbləri isə bir çox hallarda elmə naməlumdur. Çünki genetik mexanizmlər kifayət qədər tədqiq edilməyib.

Saloniya həmkarları ilə birlikdə son illər şəxsi həyatında problemi ilə bağlı müraciət edən 750 kişinin xəstəlik tarixçəsini analiz ediblər. Bu məlumatları, sperma və qan nümunələrini analiz edən alimlər problemi üzər çıxarıblar. Məlum olub ki, ürək və damar problemləri ilə yanaşı bu insanlarda ikinci növ diabet xəstəliyi var.









Redaktorun seçimi