Diqqət! - Uşağınızda bu əlamətlər varsa, gözləməyin, həkimə aparın

Hit: 1262
Diqqət! - Uşağınızda bu əlamətlər varsa, gözləməyin, həkimə aparın

Son günlər sanki bütün valideynlər uşaqlarının öskürməsi şikayəti ilə həkimə müraciət edirlər. Bu problem havaların soyumasından sonra daha da çoxalıb.

Faktor.az xəbər verir ki, mövcud problem ilə əlaqədar Tibb üzrə fəlsəfə doktoru Nurəngiz Hacıyeva söyləyib ki, uşaqda davamlı temperatur, iştah pozğunluğu və halsızlıq varsa, hökmən həkimlə məsləhətləşmək lazımdır. Bu əlamətlər yoxdursa, müvəqqəti öskürək sizi çox narahat etməsin.

Bu halın normal ola biləcəyini vurğulayan Nərgiz Hacıyeva valideyinlərə bir sıra məsləhətlər verərək bunları söylədi:
“Uşaqlar gün ərzində öskürə bilərlər. Öskürək tənəffüs yollarının təmizləmə mexanizmidir. Çünki nəfəs aldığımız hava heç də tam təmiz deyil, bəzən isə quru olur ( isidicilər havanı qurudur). Öskürəklə orqanizm toplanan selikdən özünü təmizləyir. Selik və quruluq ən çox rast gəlinən qıcıqlandırıcı maddə hesab edilir. Çox vaxt öskürək soyuqdəymə, bronxit, göy öskürək, qrip və pnevmoniya kimi nəfəs yollarının xəstəlikləri və digər amillər, məsələn, allergiya, yer fındığı və ya kiçik oyuncaqlar kimi yad cisimlərin udulması, boyanın qoxusu, siqaret tüstüsü və ya həşərat əleyhinə spreylərin nəfəsə gedib müvəqqəti qıcıqlanma yaratması nəticəsində baş verir.

Öskürəklərin əksəriyyəti viruslu infeksiyalardan yaranır və antibiotiklərə reaksiya vermir. Ona görə də öskürəyin müalicəsində antibiotiklər məsləhət görülmür. Əgər öskürəyə virus səbəb olubsa, sadəcə, onun gedişatına baxmaq lazımdır. Viruslu infeksiyalar iki həftədən çox çəkə bilər. Öskürəyin 4 həftədən çox davam etməsi daha çox xroniki xəstəlikdən xəbər verir. Bu, xüsusilə soyuqdəymələrin çox baş verdiyi qış aylarında, uşaq bağçaya və ya məktəbəqədər təhsil müəsisəsinə getdiyi hallarda olur. Bu öskürək daha çox (treotable) ətrafda olan insanları narahat edir.
Öskürəyin müalicəsində isə öskürəyin derhal kəsilməsinə deyil, ösküreyin effektiv xaric olmasına nail olmaq lazımdır. Bunun üçün otağın havasın daim dəyişdirmək, otaqda temperaturun 22 dərəcədən çox olmaması, çoxlu su- maye qəbulu önəmlidir”.









Redaktorun seçimi