DİQQƏT: Bu xəstəliklərin sayı sürətlə artır

Hit: 420
DİQQƏT: Bu xəstəliklərin sayı sürətlə artır

Dünyada bütün ölkələrdə psixi xəstəliklərin sayında artım müşahidə edilir. Bu pozuntuların iqtisadiyyata vuracağı ziyanın trilyon dollarları aşacağı bildirilir.

Faktor.az xəbər verir ki, bu barədə psixiatriya, nevroloji xəstəliklərlə məşğul olan 28 mərkəz və qruplar tərəfindən hazırlanan Lancet Komissiyasının hesabatında bildirilib.

Hesabatı hazırlayanlardan Harvar Tibb Məktəbinin professoru Vikram Patel psixoloji problemlərin artmasının cəmiyyət və iqtisadiyyata ciddi təsir edəcəyini vurğulayıb.

Patel son 25 ildə cəmiyyətdə yaşlı təbəqənin artmasının psixi xəstəliklərin də nəzərəçarpacaq şəkildə irəlilədiyini bildirib.

 

“Vəziyyət çox pisdir, amma heç bir ölkə bu sahəyə vəsait ayırmaq istəmir. Heç bir xəstəlik psixi sağlamlıq qədər diqqətdən kənarda qalmayıb”.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan araşdırmalara görə dünya miqyasında təxminən 300 milyon insan depressiyadan əziyyət çəkdiyini, 50 milyon insanın qocalma, 23 milyon insanın şizofreniya, 60 milyon insanın isə bipolyar pozuntudan əziyyət çəkdiyi bildirilir.

Məlumatda bildirilir ki, bu xəstəliklərə qarşı mübarizə aparılmadığı halda 2010-2030-cu illərdə onlar dünya iqtisadiyyatına 16 trillion ziyan vuracaq.









Redaktorun seçimi