Təmizlik vasitələrindəki xərçəng təhlükəsi

Hit: 362
Təmizlik vasitələrindəki xərçəng təhlükəsi

Məşhur markaların ölüm oyunu

Kimyəvi-təmizləyici və şəxsi gigiyena vasitələrdən hər evdə istifadə olunur. Saç və qab şampunları, diş məcunları, sabunlar, paltar tozları, hamam və ayaqyolu üçün antisanitariya vasitələrinin çeşidi ildən-ilə artır. Bu vasitələri alarkən yəqin ki, mənim kimi çoxlarınız da bu məhsulların tərkibi ilə maraqlanmır.

Faktor.az olaraq qısa bir araşdırma etdik.

İlk öncə “SLS” maddəsindən başlayaq. Bu maddə bol miqdarda köpük yaradır və bütün şampunlarda, diş məcununlarında, duş gellərində, sabunlarda, təraş köpüklərində, paltar tozları və makyaj vasitələrində istifadə edilir. SLS orta təhlükəli maddədir. Şampunlarda 15 faizə qədər istifadə edilir..  Buna görə də şampunu saçınızda uzun müddət saxlamamağa diqqət edin və bu müddət 2 dəqiqəni keçməsin. Əks halda baş dərisi vasitəsilə əmilərək orqanizimə keçir.

Dəri(Şampun vasitəsilə baş dərisindən) və ya ağız yolu ilə( diş məcunu vasitəsilə) qan dövranına keçən SLS miqdarı yüzdə bir qədər olsa belə insan sağlamlığı üçün təhlükəlidir. SLS qan hüceyrələrində toksik təsirə, diş ətlərininn şişməsinə, diş əti xəstəliklərinə, dişlərin turşulara qarşı müqavimətinin yox olmasına səbəb olur.  ABŞ da istifadə edilən məhsullarda bu maddənin istifadəsi qadağandır. Bu maddənin insan sağlamlığına təsiri aşağıdakılardır;

     Xərçəng- Xərçəng yaradan digər kimyəvi maddələrlə reaksiyaya girərək xərçəngin yaranmasını sürətləndirir.

    Endokrin(hormon) pozulması-SLS/SLES hormonların hərəkətinə bənzəyərək günlük maddələr mübadiləsininin bozulmasına səbəb olur.Östrojen hormonunu təqlid edərək çoxalma və cinsi inkişafı əngəllədiyi təsdiq olunmuşdur.

    Göz xəstəlikləri-SLS xüsusən də göz hüceyrələri tərəfindən rahatlıqıla və daha tez əmilir(  həm göz təması, həm də saç tellərindən əmilərək).

    Saç tökülməsi- SLS tük folekullarına zərər verən olduqca güclü bir maddədir.

    Dəri həssaslığı-SLS allergik reaksiyaları artıraraq dərinin zərərli maddələrə qarşı olan dirəncini qırır.

    Quru dəri- Dərinin öz nəmini itirməsinə səbəb olur

Qeyd edək ki, bu maddə yalnız insan üçün deyil digər canlılar üçün də təhlükəlidir. Kanalizasiya yolu ilə dənizlərə axıdılan SLS canlıların məhvinə səbəb olur. Məşhurlardan Bred Pit bu səbəbdən sabun istifadəsindən imtina edib

Gülbəniz

 









Redaktorun seçimi