Fındıq qabığını zibilliyə atmayın - ƏSL FAYDASI QABIĞINDA

228 dəfə oxunub
Fındıq qabığını zibilliyə atmayın - ƏSL FAYDASI QABIĞINDA

Bu günə qədər hər birimiz fındığın qabığını atırıq. Meyvələri heç vaxt qabıqlı yemirik.

Faktor.az "ölkə.az"-a istinadən bildirir ki, əslində bir çox meyvənin əsl faydası qabığındadır.

Türkiyədə iki il davam edən tədqiqatın nəticələri açıqlanıb. Laboratoriya şəraitində aparılan tədqiqat nəticəsində fındıq qabığının inanılmaz təsiri ortaya çıxıb. Məlum olub ki, fındıq qabıqlarından kimyəvi terapiya dərmanlarının bir maddəsi əldə edilir. Artıq sınaq üçün istehsala başlanılıb.

Alimlər fındığın qabığı, gərzəyi və yarpaqları üzərində tədqiqat aparıblar. Məlum olub ki, xərçəngə qarşı kimyəvi terapiya dərmanlarının tərkibindəki təsirli olan bir maddə bu qabıqlarda var.



Redaktorun seçimi