Hava soyuyarkən etdiklərimizin hamısı səhv imiş - VACİB MƏLUMAT

202 dəfə oxunub
Hava soyuyarkən etdiklərimizin hamısı səhv imiş - VACİB MƏLUMAT

Artıq hava soyuyub. Belə hava şəraiti soyuqdəymənin, qripin əsl havasıdır. Şaxtada, soyuqda xəstələnməmək üçün etdiklərimiz isə tamamilə səhv imiş.

Faktor.az soyuq havalardan qorunmaq üçün indiyədək yanlış etməyə alışdığımız vərdişlərin siyahısını təqdim edir.

Evdən çıxarkən burun damcısı tökmək

Soyuqdəymə vaxtı əzələlər bərkiyir. Odur ki, soyuğa çıxan zaman burnunuza damcı töksəniz, əzələlər süni şəkildə yumşalacaq, və havanı isidib orqanizmə ötürmə funksiyasını yerinə yetirməyəcək. Buna görə də, evdən çıxarkən burnunuzu təmizləmək, ən doğru yoldur.

Küçədə ağzınızla deyil, burnunuzla nəfəs alın

Şaxtalı havada ağızla nəfəs alan zaman hava isinməyə vaxt tapmır. Beləcə, anginaya yoluxma şansınızı artırmış olursunuz. Odur ki, soyuq havada burnunuzla yavaş-yavaş nəfəs almağınız daha düzgündür.

Şərflə ağız və burunu bağlamaq

Şərf vasitəsiləalınan hava parçada donub qalır. Nəticədə hər dəfə nəfəs aldıqca, burnunuza və agzınıza daha da soyuq hava gedir. Bu isə angina, bronxit, dəri qıcıqlanması kimi xoşagəlməz nəticə ilə sonlanır.

Evdən çıxmazdan əvvəl isti içki qəbul etmək

İsti çay qan dövranını sürətləndirir, və orqanızmin müdafiə gücünü artırır. Lakin bununla yanaşı əzələləri genişləndirir. Bu isə o deməkdir ki, soyuğa çıxanda bədənin öz istisini daha çox itiririk. Əgər evdən çıxanda mütləq maye qəbul etmək istəyirsinizsə isti çayı ilıq su və ya elə ilıq çay ilə əvəzləyin.

Şaxtalı və soyuq havada ac gəzmək

Orqanizmin temperaturunun normada qalmağı üçün, ona enerji lazımdır. Enerjinin mənbəyi isə hamımızın bildiyi kimi, qidadır. Odur ki, aclıq hiss edən zaman, yüngül də olsa qarnınızı doyurun.

Evdən çıxanda üzə krem çəkmək

Əziz xanımlar yəqın bu problemlə çoxunuz rastlaşmısınız. İstifadə etdiyimiz kremlərin demək olar ki hamısının tərkibində su var. Kremi çəkdikdən sonra ən az 30 dəqiqə ərzində o su buxarlanıb, havaya qarışır. Evdən çıxarkən tələsik çəkdiyiniz üz kremi üzünün soyuyub, zərər görməsinə səbəb olur. //Publika.az //



Redaktorun seçimi