Soyuq su ilə duş qəbul etməyin sağlamlığa 4 faydası

81 dəfə oxunub
Soyuq su ilə duş qəbul etməyin sağlamlığa 4 faydası
Bədənimizin suya ehtiyacı olduğundan normalda ondan sadəcə içərək yararlanmağa çalışırıq. Ancaq, suyun bədənə xaricdən təmasının da sağlamlığımız üçün çoxsaylı faydası var. Suyun bədənə təmasının ən güclü yolu da duş qəbul etməkdir. Gigiyenik bir vərdiş olan duş qəbul etmək bədənimizi rahatlaşdırdığı üçün çoxumuz ilıq su ilə duş qəbul etməyə üstünlük veririk.
 
Ancaq, bunun əksinə soyuq su və soyuq duşun da bədən, zehin və dəri üçün bir çox faydası var və alimlər tərəfindən soyuq duş qəbul etmək məsləhət görülür.
 
1. İmmuniteti gücləndirir
 
Araşdırmalar soyuq su ilə duş qəbul etməyin immunitetinizi gücləndirdiyin aşkar ediblər.
 
2. Dərini gözəlləşdirir
 
Dermatoloqlar həftədə bir neçə dəfə soyuq suda duş qəbul etməklə dəri iltihablanmasını azaldacağını və saçınızın qırılmasının qarşısını alacağını bildirirlər.
 
3. Əzələlərin daha tez sağalmasına köməklik edir
 
İdmançılar yarışdan və ya oyundan sonra əzələ ağrılarını azaltmaq üçün qısa müddətli buz vannası qəbul edərlər. Eyni prinsip həftəsonu idmanla məşğul olan və ya həftəsonu həyət işləri ilə məşğul olan insanlar üçün də yararlı olacaqdır.
 
4. Əhval-ruhiyyənizi yüksəldəcək
 
Virciniya Universitetindəki tədqiqatçılar soyuq duşların depresiyyadan çıxara biləcəyini iddia edirlər. Hər 5 dəqiqədə bir yavaş-yavaş suyun istiliyini azaldaraq araşdırmalar apardılar və soyuq bir duşun periferik sinirlərdən beyinə yüksək miqdarda elektrik impulsları göndərildiyini aşkarladılar.(moneta.az)



Redaktorun seçimi