Adi su bu qadın xəstəliyini məhv edir

Hit: 452
Adi su bu qadın xəstəliyini məhv edir

Sidik kisəsi infeksiyaları qadınlar arasında çox yayılmış pozulmadır.

Bunun fizioloji səbəbləri var. Kişilərdən fərqli olaraq, qadınların sidik kanalı daha qısadır və daha "təhlükəli" bölgədə yerləşir ki, bu da infeksiyaların kanala düşməsi riskini xeyli artırır. Kanala düşmüş infeksiya sidik kisəsinə yayılaraq burada sistitin (sidik kisəsi iltihabı) inkişafına səbəb olur.

Alimlər sübut edirlər ki, qadınlarn 50%-dən çoxu sidik kisəsi infeksiyalarından əziyyət çəkir. Həmçinin bu infeksiyalar il ərzində eyni qadında bir neçə dəfə təkrarlana bilər. Sidik kisəsi infeksiyaları özünü bu kimi simptomlarla büruzə verir: sidik ifrazı zamanı yandırma hissi, ağrılar, spazmlar.

 

Amerika alimləri yeni elmi araşdırma nəticəsində belə qərara gəliblər ki, gündəlik 1,5 litr adi suyun istehlakı sidik kisəsi infeksiyalarının təkrarlanması riskini yarıdan çox azaldır.

Suyun kifayət miqdarda istehlakı orqanizmdə və o cümlədən sidik kisəsində ziyanlı mikrobların sayını azaldır. Nəticədə infeksiyanın riski də azalır. (saglamolun.az)









Redaktorun seçimi