Böyrək daşlarına qarşı xalq təbabəti reseptləri

Hit: 824
Böyrək daşlarına qarşı xalq təbabəti reseptləri

Boyrək daşı xəstəliyi ən yayılmış böyrək xəstəliklərindən biridir.

Daşlar kiçik olduqda onların  təbii yolu ilə böyrəklərdən çıxması mümkündür. Lakin daha böyük daşlarda bu mümkün deyil. Daşlar sidik yoluna düşə və burada "ilişə" bilər ki, bu da çox ağrılı tutmaya səbəb olur. 

Xalq təbabətində böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını almaq üçün çoxlu sayda reseptlər var.

Faktor.az saglamolun.az-a istinadən bu reseptləri təqdim edir.

1. Təbii limonad

Limon şirəsi sidiyin turşuluğunu azaldır və bununla da böyrəklərdə oksalat daşların əmələ gəlməsinin qarşısını alır.

Resept:

- 50 ml təbii limon şirəsi

- 1 l təmiz su

- zövqə gör bal

İnqrediyentlər qarışdırılır və gün ərzində içilir.

2. Limon şirəsi + zeytun yağı

Resept:

 

- 2 x.q. limon şirəsi

-  1 x.q. keyfiyyətli zeytun yağı

- 250 qr su

Limon şirəsi zeytun yağı ilə qarışdırılır və qəbul edilir. Sonra 1 stəkan təmiz su içmək lazımdır. Bunu 10 gün ərzində edin.

3. Alma sirkəsi

Alma sirkəsinin tərkibində olan turşular daşların əmələ gəlməsi riskini azaldır və artıq mövcud olan daşların parçalanmasına kömək edir.

Resept:

- 1 x.q. təbii alma sirkəsi

- 1 stəkan su

- zövqə görə bal

Sirkəni və balı suya əlavə edin, qarışdırın. Hər gün 1 stəkan olmaqla için. Bunu uzun müddət ərzində edə bilərsiniz.









Redaktorun seçimi