Üz-çənə qüsurları erkən yaşlarda aradan qaldırılmalıdır - VİDEO

Hit: 1697
Üz-çənə qüsurları erkən yaşlarda aradan qaldırılmalıdır - VİDEO
Çənə-sümük sistemindəki problemlər-praqmatiya, alt çənənin nisbətən önə çıxması, üst çənənin inkişafdan geri qalması və s. halları insanlarda böyük kompleks yaradır. Onlar sərbəst olmur, danışmaqdan, şəkil çəkdirməkdən yayınırlar, psixoloji baryerləri heç bir şəkildə aşa bilmirlər.
 
Valideynlər övladlarının üz-çənə qüsurları ilə bağlı diqqətli olmalıdırlar. Əgər uşaqlarda ortodontik olaraq problemlər varsa, o zaman yubanmadan həkimə müraciət etməlidirlər.
 
Yandan baxanda çənənin nisbətən uzun olduğu görünürsə, mütəxəssisə nə qədər tez müraciət olunsa, bir o qədər faydalı olar. Üz-çənə qüsurları həkim müayinəsi və rentgenlə aşkar olunar. Erkən yaşlarda breketler vasitəsilə problemi həll  etmək olar. Qızlarda çənə formalaşması 16, oğlanlarda isə 18 yaşda başa çatdığını nəzərə alsaq, vaxtında problemin aradan qaldırılmasına çalışmaq lazımdır ki, cərrahiyyə əməliyyatlarına ehtiyac qalmasın.(yenigəncə)
 








Redaktorun seçimi