Qəhvə həqiqətən həyat xilas edir

Hit: 505
Qəhvə həqiqətən həyat xilas edir

ABŞ-da aparılan bir araşdırma nəticəsində qəhvənin ürək damar xəstəlikləri, 2-ci dərəcəli diabet, intihar və nevroloji problemlərdən irəli gələn ölüm təhlükəsini azaltdığı məlum olub.

Faktor.az deyerler.org-a istinadən bildirir ki, "American Heart Association" jurnalında araşdırmanın nəticələrilə bağlı dərc olunan məqalədə gündə ən uzağı 5 fincan qəhvə içməklə bəzi xəstəliklərin ölüm təhlükəsinin azaldığı bildirilib.

Tədqiqatçılar 30 il ərzində təxminən 168 min qadın və 40 min kişi üzərində müşahidə apararaq, bu nəticəni əldə ediblər. Araşdırma zamanı kafedə olan bioaktiv komponentlərin insulin müqavimətini və sistematik iltihabı azaltdığı məlum olub.

Harvard Universiteti professorlarından Frank Hu nizamlı şəkildə qəhvə istehlakının sağlam və balanslı bir qidalanma ilə dəyərləndirilməli olduğunu qeyd edərək, hamilələr və uşaqların kafein ehtiva edən qəhvə və digər içkilər mövzusunda diqqətli olmalarını tövsiyə edib.









Redaktorun seçimi