Siqaret tüstüsünün ölümcül təsiri açıqlanıb

Hit: 559
Siqaret tüstüsünün ölümcül təsiri açıqlanıb

Nyu York Universitetinin alimləri, 2008-2013 illərində Pakistanda, İndoneziyada, Niqgeriyada, Banqladeşda və Nepalda hamiləlik keçirən 37 min qadını müşahidə ediblər.

Faktor.az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər, muşahidə iştirakçılarının məruz qaldığı passiv siqaret istifadəsinin dərəcəsini təyin ediblər. 50%-dən çox qadınlar bildiriblər ki, hamiləlik dövründə onlar evdə siqaret tüstüsü udmaq məcburiyyətində olurlar.

Mütəxəssislərin rəyinə əsasən, təkcə İndaneziyada bu hal, 10 min uşağın düşməsinə səbəb olub. Pakistanda uşaq düşmə halları aktiv siqaret istifadəsindən ildə 1%, passiv siqaret istfadəsinə görə ildə 7%-dir.

30 ölkədən 5-ində ikinci dərəcəli hesab olunan siqaret tüstüsünün təsiri iki dəfə daha artıqdır.

 









Redaktorun seçimi