Ərəb turist Bakıda saç əkdirdi: - “Kaş ki, bunu öncə etdirəydim”

Hit: 1636
Ərəb turist Bakıda saç əkdirdi: - “Kaş ki, bunu öncə etdirəydim”

"40 yaşım var, 15 ildir saç tökülməsindən əziyyət çəkirəm. Çoxdandır saç əkilməsi ilə maraqlanıram. Bəhreyndə dostlarım tövsiyyə etdilər ki, Azərbaycanda peşəkar bir həkim var – Şahrud Əhmədzadə. Dostların tövsiyyəsi ilə Bakıya gəldim və Şahrud doktorun qəbuluna getdim”.

Faktor.az xəbər verir ki, bu haqda danışan Bəhreyn vətəndaşı Əhməd Əli Said Hüseyndir.

O deyir ki, saç əkimi zamanı heç bir diskomfort hiss etməyib: "İnanmırdım ki, saç əkimi bu qədər sadə və ağrısız bir prosedur olacaq. Şahrud doktor o qədər peşəkar həkimdir ki, proses boyu heç bir narahatlıq hiss etmədim. Kaş ki, çoxdan saç əkdirəydim, daha illərlə psixoloji kompleks yaşamağa dəyməzdi”.

Xatırladaq ki, Dr. Şahrud Əhmədzadə Saç Əkimi Mərkəzinin rəhbəri, Health Baku Medical Center Klinikasının baş həkimidir. Ölkəmizin ən güclü saç əkən həkimlərindən olan Dr. Şahrud Əhmədzadə XXI əsrin "qızıl standartı” – Follikulyar Unit Ekstraksiyonu (FUE) üsulu ilə heç bir ağrı, narkoz olmadan, yerli keyitmə yolu ilə cəmi 4 saat ərzində saç əkimini həyata keçirir.

Hazırda Azərbaycan vətəndaşları üçün endirimli kampaniya keçirən Dr. Şahrud Əhmədzadənin qəbuluna yazılan xəstələr saç əkimində 1 qreftə görə 1 AZN deyil, cəmi 60 qəpik ödəyəcəklər. Bununla yanaşı limitsiz kampaniyadan cəmi 1400 AZN-ə faydalana biləcəklər. Üstəlik 6 seans prp hədiyyə olacaq.









Redaktorun seçimi