Alimlər açıqladı - Gündə 6 fincan qəhvə…

57 dəfə oxunub
Alimlər açıqladı - Gündə 6 fincan qəhvə…

ABŞ-ın Milli Onkologiya İnstitutu və Milli Səhiyyə İnstitutu elmi jurnalda yeni tədqiqatın nəticəsini açıqlayıb.

Faktor.az xəbər verir ki, məqaləyə əsasən, gün ərzində 6 fincan qəhvə içmək erkən ölüm riskini 16% azaldır.

Tədqiqatçılar 2006-2016-cı illər arasında təcrübə aparıblar. Təcrübə 38-73 yaş arası 500 min britaniyalının sağlamlığını müşahidə etmək olub. Məlum olub ki, gün ərzində 8 fincan qəhvə içən insanlarda erkən ölüm riski 14% azalıb. Gündə 6 fincan qəhvə içənlərdə isə bu rəqəm 16% olub.
Qeyd edək ki, bir müddət əvvəl alimlər gündə 4 fincan qəhvənin ürək üçün faydalı olduğunu bildirmişdilər.

2016-cı ildə xərçəng xəstəliyi üzrə Beynəlxalq Araşdırma Mərkəzi qəhvəni kanserogen tərkibli maddələr siyahısından çıxarıb.

 

Faktor.az


loading...
loading...

Redaktorun seçimi