İsti havada ən yaxşı içkilər

116 dəfə oxunub
İsti havada ən yaxşı içkilər

İsti havada insan orqanizmi tərlə çoxlu maye itirir, nəticədə orqanizmdə susuzlaşma inkişaf edir.

Susuzlaşma çox təhlükəli haldır. Onun nəticəsində qan qatılaşır ki, bu da damarlarda trombların əmələ gəlməsi riskini kəskin artırır.

Qan laxtası olan tromb damarın daxilində qan axını ilə hərəkət edə bilər. Daha ensız yerə düşdükdə tromb damarı tam bağlaya bilər. Bu çox təhlükəli vəziyyətdir.

Faktor.az saglamolun.az-a istinadən bildirir ki, beyində damarın trombla qapanması insultun, ürəkdə infarktın inkişafına səbəb olur. Ağciyər arteriyasının trombla qapanması ani ölümə səbəb olur. Ətraflarda (daha tez-tez aşağı ətraflarda) damarların trombla tutulması qanqrenaya (toxumaların çürüməsi) gətirib çıxarda bilər.

Beləliklə, susuzlaşmanın qarşısını almaq həyati vacib məsələdir.


loading...
loading...

Redaktorun seçimi