Hər gün 1 yumurta yemək üçün mühüm səbəb

199 dəfə oxunub
Hər gün 1 yumurta yemək üçün mühüm səbəb

Çində yarım milyon insan iştirakı ilə araşdırma keçirilib.

Faktor.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada yaşı 30-79 arası insanlar iştirak edib. Onların gündəlik rasionu təhlil olunub. Məlum olub ki, gün ərzində ən azı 1 yumurta yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski yumurta yeməyən və ya nadir hallarda yeyən insanlarla müqayisədə xeyli azdır. Belə ki, onlarda insultun riski 26%, ürək-damar sistemi xəstəliklərindən ölümün  riski isə 18% daha azdır.

Əvvəllər belə hesab olunurdu ki, yumurtanın çoxlu miqdarda istehlakı xolesterinin səviyyəsini qaldırır. Hal hazırda alimlər bu fikirdən imtina ediblər.

Diyetoloqlar yumurtanı ən faydalı qidalar siyahısına daxil edib. Yumurtanın tərkibində 12 əsas vitamin və əksər minerallar var. 

Alimlər yumurtanı bişmiş halda yeməyi tövsiyə edirlər, yağda qızardılmış yumurtanın xeyirdən çox ziyanı var. Yumurtanı suda 5-6 dəqiqə ərzində qaynadın.

Nəzərə almaq lazımdır ki, yumurtanın həddindən artıq çoxlu miqdarda istehlakı böyrəklərin sağlamlığına ziyan vura bilər.


loading...
loading...

Redaktorun seçimi