Bu saatda yatanlar daha ağıllıdır - Zəka səviyyənizi bu cür artıra bilərsiniz

Hit: 755
Bu saatda yatanlar daha ağıllıdır - Zəka səviyyənizi bu cür artıra bilərsiniz

Həyatınızdakı kiçik dəyişikliklər zəka səviyyənizi artırıb, daha çox inkişaf etməyinizə təsir edə bilər. Məsələn, yeməkdən sonra saat 15: 00-da yatsanız və ardınca duş qəbul etsəniz, fərqi özünüz görəcəksiniz.

Çoxumuz rəqabətin öhdəsindən gəlmək və özümüzü daha intellektual varlıqlara çevirmək üçün çalışırıq. Təqdim etdiyimiz metodlarla daha zəki ola bilərsiniz.

Səhərlər su için

Səhər oyananda su içmək möcüzələr yaradır. Bu, sizin beyin gücünüzə təsir edəcək. Ən az iki stəkan su içməlisiniz. Çünki yatanda bədənimizdəki su miqdarı azalır. Zehni gücümüzü artırmaq üçün bir neçə stəkan su sizə kömək edə bilər. Oyanın və özünüzü su ilə yeniləyin.

Sizdən daha ağıllı insanlarla vaxt keçirin

Sizdən daha ağıllı insanlarla vaxt keçirmək indikindən daha zəki olmağınıza kömək edəcək. Çünki bununla nisbətən fərqli düşünəcəksiniz, düşüncə alternativiniz olacaq. Bu, bir az da idmana bənzəyir. Məsələn, topa vurmağı bacarmayan biri ilə tennis oynasanız, heç nə qazanmayacaqsınız. Amma uğurlu tennisçi ilə oyanasanız, daha çox çalışıb, ona çatmağa çalışacaqsınız.

Kitab oxuyun

Ağıllı olmaq istəyirsinizsə, təcili şəkildə bir kitab alın və oxumağa başlayın. Həm yeni məlumatlar öyrənəcəksiniz, həm də beyniniz daha yaxşı işləyəcək. Hətta canını sıxılanda, darıxanda kitab oxumaq sizi daha xoşbəxt edəcək.

Video oyunları oynayın

Bəlkə indiyə kimi bunu düşünməmisiniz. Video oyunları daha zəki olmağınıza kömək edəcək. Televizor izləyin və oyun oynayın.

Yaşıl çay için

Yatmazdan öncə tərkibində kofein olan hər hansı içkidən istifadə etmək heç yaxşı fikir deyil. Bəzi çay növləri var ki, beyninizin məhsuldarlığını artırır. Yaşıl çaydakı L-theanine fəaliyyətinizin daha yaxşı olmağına kömək edəcək.

Gündüz yuxusu

Gündüz yuxusu tamamlamadığınız işləri daha enerjili bitirməyinizə kömək edəcək. Günortadan sonra, təxminən saat 3-də duş qəbul etmək uğurlu seçimdir. Sınayın və məhsuldarlığınızın artdığına şahid olun.

Qidalanma

Qoz

Omeqa-3 yağ turşusu baxımından ən zəngin qidalardandır. Bununla bəzi problemləri tamamilə həll etmək mümkündür. Hər gün bir ovuc qoz yemək sağlamlıq, çəki və ürəyə müsbət təsir edir.

Çuğundur

Çuğundur özündə beyin funksiyası və bütün sinir sistemi üçün vacib olan B vitaminini ehtiva edir. B vitamini yaddaşınızı gücləndirməyə kömək etməklə yanaşı, həm də təbii antidepresandır.

Qəhvə

Bir fincan qəhvənin içindəki kofein miqdarı beynin funksiyasını yaxşılaşdırır və yaddaş üçün olduqca güclüdür.

Çiyələk

Çiyələkdə olan elementlər beyin hüceyrələrini qidalandırır. Beləliklə, beyniniz sağlamlığını qoruyur və inkişaf edir.

Reyhan

Bu məsələdə təsir gücü yüksək olan qidalardan biri də reyhandır. Reyhan olduqca sağlamdır və illərdir tibb sahəsində tətbiq olunur. Bir stəkan reyhan çayı beynin funksiyasını yaxşılaşdırır, həm də xoş əhval-ruhiyyə yaradır.

Kətan toxumu

Depressiya son illər milyonlarla insanın düşdüyü çuxura çevrilib. Kətan toxumu yemək həm sağlam pəhrizdir, həm də depressiya ilə mübarizə aparmaqda faydalıdır.

Kahı

Kahı beynin yaşlanmasını gecikdirən tərəvəzdir. Üstəgəl, hər yerdə yetişdiyi üçün eyvan və ya həyətinizdə böyüdə bilərsiniz.

Kakos yağı

Kakos yağı beynin sağlamlığı üçün son dərəcə faydalıdır. Araşdırmalar göstərir ki, bu yağ yaddaşı gücləndirir və Alzaymer xəstələrinə müsbət təsir edir.

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi