Süni zəka ilə xəstəliklər insan nəfəsindən - müəyyənləşdiriləcək

Hit: 772
Süni zəka ilə xəstəliklər insan nəfəsindən - müəyyənləşdiriləcək

İngilis elm adamları süni zəkaya insan nəfəsini qoxlamağı və xəstəliklərin xəbərcisi olsun deyə fərqli işarələr öyrədir.

Faktor.az xəbər verir ki, Loughborough Universitetindən bir qrup elm adamı bu iş üçün xüsusi riyazi modellər inkişaf etdiriblər. Bu model sayəsində süni intellekt insan nəfəsindəki yüzlərlə hüceyrə arasından xərçəng hüceyrələrini tapa biləcək. İllərdir havadakı maddələri aşkar edə bilən həssas cihazlar laboratoriyalarda istifadə edilir. Lakin mövcud proseslər zamanı məlumatlar mütəxəssislər tərəfindən təhlil edildiyi üçün yetəri qədər sürətli deyil.

İnsan nəfəsindəki xəstəlikləri aşkat etmək üçün akademiklər, həkimlər, tibb bacıları və radioloqlardan ibarət qrup xərçəng xəstələrindən nəfəs nümunələri götürüb. Daha sonra həmin nümunələr kimyagərlər və kompüter alimləri tərəfindən araşdırılıb. Bununla da əvvələr saatlarla davam edən araşdırmalar sadəcə, bir neçə dəqiqə davam edib.

Üstəgəl bu üsul daha etibarlıdır.

Banu//Faktor.az

 









Redaktorun seçimi