"Medholding" Diş Klinikasının sahibi pasiyentin dişlərini xarab etdi - "Bu, sənin qismətindir"

Hit: 1172
"Medholding" Diş Klinikasının sahibi pasiyentin dişlərini xarab etdi - "Bu, sənin qismətindir"

"Medholding" Diş Klinikasının sahibi və həkimi Cavid Qurbanov səhv gördüyü iş üçün xəstəyə deyir "

Faktor.az bildirir ki, şikayətçi Günel Axundova başına gələnlərlə  bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri  Eyyub Hüseynova müraciət edib.

"Bu sənin qismətindir".  - 2015-ci ilin iyun ayında “Medholding” klinikasının  sahibi və eyni zamanda diş həkimi Cavid Qurbanova “vinir” diş qoyulması üçün müraciət etdim. 20 ədəd dişimə vinir qoyuldu. Bunun müqabilində dişin bir ədədi 300 (üç yüz) AZN olmaqla, cəmi 6000 (altı min) AZN pul ödədim. Bu dişlərə görə Cavid Qurbanov mənə şifahi olaraq 10 il zəmanət verdi. Pulun ödənişinə dair heç bir çek və sair sənəd vermədi. Dişlər qoyulduqdan sonra çox vaxt keçmədən problemlər yarandı, Yəni alt çənə damağımda stomatit (irinli iltihablaşma) yarandı və buna görə həmin həkim 3 ədəd dişimin sinirlərini çıxartdı. Son 3 il ərzində dişlərimdə problemlər mütəmadi davam etdi. Gah qapaqlar qopub düşürdü və yenidən yapışdırırdı, gah da damağımda qanama olurdu. Son olaraq 2017-ci ilin dekabr ayında üst 2 ədəd dişimin qaralması ilə bağlı yenidən ona müraciət etdim. Baxıb dedi ki, üst 8 ədəd dişi yenidən dəyişək. Dəyişdi. Qış aylarına təsadüt etdiyinə görə ağzımı açıb danışa bilmirdim. Çünki, soyuğu hiss edirdim. Buna səbəb kimi dişlərimdə Ca (kalsium) çatışmamazlığını göstərdi və mənə 2 qutu Ca (kalsium) içməyi məsləhət bildi. İçdim. Lakin problem həll olunmadı. Yenidən Cavid Qurbanova müraciət etdim. Dedi ki. Gəl keyləşdirici iynə vurub qoparara, yenidən yapışdıraq. Dişim keyləşənədək soruşdum ki, Niyə mən bu qədər ağrı çəkdim, niyə belə alındı cavabı gülməli olsada belə oldu : “Bu sənin qismətindi” . Dediyini elədi. Bundan sonra soyuğa həssaslıq 6 ədəd dişimdə həqiqətən itdi. Son 2 ədəd dişdə bu prosesi 3-4 dəfə təkrarlamasına baxmayaraq isti-soyuğa olan həssaslıq keçmədi. Buna görə mübahisəmiz düşdü. Mən ona dedim ki, siz ya bilə- bilə məni get gələ salırsınız, ya da artıq diş düzəltməyi bacarmırsınız. Elədirsə. Mənə deyin gedim başqa həkimə. Dedi hara istəyirsən get! Yaxşı ki, getdim. Azı 10 nəfər “vinir”lə işləyən həkimin yanında oldum. Dişlərimi rentgen etdirdim. Rentgenə və dişlərimə baxaraq həkimlər eyni diaqnozu (Diaqnoz: dişlərin boyunlarında diş daşları və ərpləri yığışdığı üçün yerli gingivit yaranmışdır. Səbəb kimi lamina vinirlərin düzgün hazırlanmamasıdır. Müalicə: diş daşları təmizlənməli, küretaj (keyitmə ilə diş ətinin dərindən təmizlənməsi) olunmalıdır. Sonrakı prosesdə vinirlər mütləq dəyişdirilməlidir!)

Cavid Qurbanovun sinirini çıxartdığı 3 ədəd dişimin yanındakı dişdə kista əmələ gəldiyi də rentgendə görsəndi. 
8 ədəd dişlərimin yenidən dəyişən zaman Cavid həkimin son texnologiya dediyi 3D rentgen aparatında da çəkdiyi zaman bu prosesi görüb görməməyi də mənə maraqlı olduğundan ondan həmin rentgeni (səbəbini bildirmədən) aldım. Məlum oldu ki, kista həmin vaxt (5 ay əvvəl) da var imiş. Həkimlər bunu dişin yonulması zamanı aınmış travmadan əmələ gəldiyini dedilər. Həmin dişi müalicə etdim. Zənglərimə cavab vermədiyinə Cavid Qurbanova qoyduğu dişlərə görə yaranan problemləri “Whatsaap”da yazdım. O, bunu oxuyaraq məni qara siyahıya atdı. Yəni blok etdi.
Hazırda dişlərimin probleminin professional həkim tərəfindən həll olunması üçün 16970 AZN tələb olunur. Bunun “Prays list”ini ərizəmə əlavə edirəm.

Xahiş edirəm, Cavid Qurbanovun qeyri professionallıqla gördüyü iş nəticəsində mənim dişlərimdə yaranan problemin köklü həll olunması üçün lazım olan 16970 AZN məbləğin Cavid Qurbanov tərəfindən mənə ödənilməsində mənə təmənnasız kömək edsiniz!
Mənim hüququmu bir daha təmənnasız qorumağınızı, bu haqda dövlət orqanlarına və KİV-ə məlumat verməyinizi xahiş edirəm!

Məsələ ilə bağlı "Medholding" estetik klinikasının həkimi Cavid Qurbanovla əlaqə saxladıq. Cavid Qurbanov qeyd etdi ki, Günel Axundova şəxsi biznesini qurmaq üçün bu yola əl atıb:

"O xanım işsizdir və özü üçün biznes qurmaq istəyir. Dedikləri doğrudursa,məni məhkəməyə versin. Ekspertiza rəyi olduqdan sonra mən onun dişlərinin müalicəsi üçün lazım olan məbləği ödəyəcəm. O insan düzgün danışmır. Onun dişlərinin müalicəsi üçün pulu görüşdüyü türk biznesmen ödəmişdi. İndi ayrılıb ondan və bizdən pul almaq istəyir. Zəng edib məni təhqir etdiyi üçün onun nömrəsini qara siyahıya atmışam".

Faktor.az









Redaktorun seçimi