Qardaşxan həkim sübutlar təqdim etdi - Bu xəstənin... - FOTOLAR

Hit: 3386
Qardaşxan həkim sübutlar təqdim etdi - Bu xəstənin... - FOTOLAR
Beyləqan rayonu Əhmədli kənd sakini Hüseynov Pənah "Medistyle Hospital"ın həkimi *(Eyni zamanda, ad dəyişdirmiş "Grand Hospital"da da işləmiş) Qardaşxan Məmmədovun ondan 11 000 manat aldığını və səhv əməliyyat etdiyini iddia edib. 
 
Faktor.az xəbər verir ki, Qardaşxan Məmmədov sayta verdiyi açıqlamada bu xəbərin yanlış olduğunu və  xəstəni türk həkimi Prof. Dr. Bülentin əməliyyat etdiyini bildirib: 
"30.04.2018 tarixdə Bakıya gəldi. Xəstəyə hal hazırdakı vəziyyəti və nə edəcəyini dedi.Xəstə  razılıq verdi və əməliyyata hazırlandı.Əməliyyat olundu əməliyyatdan sonra Professor əməliyyatın gedişini xəstəyə başa saldı. Xəstədən hər hansı bir  şikayətin yoxdur dedikdə isə xəstə: "yox Allah razı olsun" dedi və Professorun əlindən öpdü. Daha sonra: "Gedə bilərsiz məndə tam özümə gəlim razılığımı yazacam və ərizəni geri götürəcəm" dedi. Professor gedərkən xəstəyə dedi ki,  keçən dəfə dediklərimi etmədin təyinat vermişəm o dərmanları qəbul et, bir həftə sonra yenidən kontrola gəl əks halda mən heç bir məsuliyət daşımıram. Xəstə razılaşdı. Mən səhərisi gün tezden saat 9: 00 da xəstənin yanına gəldim xəstənin vəziyyəti yaxşı idi. Heç bir şikayəti yoxdur. Onu otağıma çağırdım. Lakin otağıma gəlməyib stasıonardan bir başa çıxıb getdi. Bir neçe dəfə telefonla zəng etdim. Bildirdi ki,  xəstəxananın qabağındaya gəlirəm. Amma gəlmədi və telefonu söndürdü. Mən həmin həftə boyunca ona dəfələrlə zəng etdim amma telefona cavab verilmədi. Daha sonra başqa nömrə ilə zəngn etdim. Mən olduğumu biləndən sonra telefona cavab vermədi. Xəstə bizdən ödədiyi pulun qəbzini istəyir. Mən onu, klinikaya və protez üçün ödədiyi protezin qəbzini, protezin Firma rəhbərliyin nömrəsini verəcəm. 
Xəstə mənim və köməkçimin ünvanına təhqir edici nalayiq sözlər deyir,  hədələyir  və xəstələrimin yanında ağzına gələni danışır. Məni və ailəmi hədələyir. O evimin qarşısınada duracağını və mənə zərər verəcəyi ilə hədələyir.  Xahiş edirəm mənim və ailəmin təhlükəsizliyini təmin edəsiniz. Çünki məni qohumu XDMX-nin General Polkovniki Axundov Vaqif cənabının adından sui istifadə edərək şantaj edir. Prof. Dr. Bülent alıcı və Dr.Niyaməddin Əliyevada  məlumat vermişəm. Əməliyyatı ilə bağlı hər hansı bir şikayəti varsa Məhkəmə Tibbi Ekspertizası təyin olunsun və rəy verilsin.Bu adam davamlı məndən şikayət edir.
 
Xəstə onu da qeyd edib ki, 1 il sonrada yenidən şikayət edib deyəcəm ki, protez işləmir. 
Xəstə bizdən onun həyatının məhv etdiyimizi yazır.Penil protez taxma əməliyyatı nə zamandan insanın həyatına son qoyur və şikəst edir? Bu əməliyyatı cinsi həyatının yaxşılaşması üçün qoyurlar və bu xəstəyədə bu məqsədlə qoyulub. Əməliyyat uğurla icra olunub və xəstənin səhhətində hər hansı bir problem olmayıb.Əməliyyatdan sonrakı şəkilləri xəstənin özünə verilib. Qoyulan protez professor Bülent Alıcı tərəfindən aktiv yəni işlək vəziyətə gətrilib və xəstəyə göstərilib".
 
Foto faktları sizə təqdim edirik.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi