Xəstədən şok iddia: "Medistyle Hospital"ın həkimi Qardaşxan 11 min manat alıb - məni ölümcül etdi - RƏZALƏT - FOTOLAR

Hit: 4058
Xəstədən şok iddia: "Medistyle Hospital"ın həkimi Qardaşxan 11 min manat alıb - məni ölümcül etdi -  RƏZALƏT - FOTOLAR
Beyləqan rayonu Əhmədli kənd sakini Hüseynov Pənah "Medistyle Hospital"ın həkimi *(Eyni zamanda, ad dəyişdirmiş "Grand Hospital"da da işləmiş) Qardaşxan Məmmədovun ondan 11 000 manat aldığını və səhv əməliyyat etdiyini iddia edir.
 
Faktor.az saytına bu barədə məlumat verən Hüseynov Pənah ilk olaraq Mərkəzi klinikanın həkimi Niyaməddin Əliyevin ona ciyər serrozu və xərçəng xəstəliyi diaqnozu qoyulduğunu və təcili əməliyyata girməli olduğu bildirilib:
 
"Mərkəzi klinikaya Niyaməddin Əliyevin yanına getdim. Ordan məni "Grand Hospital"a dopler müayinə  üçün göndərdilər. Cavablara əsasən, mənə ciyər serrozu diaqnozu qoyuldu və gecikdiyim təqdirdə xərçəng olacağımı dedilər. Niyaməddin həkim təcili əməliyyat olunmalı olduğumu dedi və mənə Qardaşxanı məsləhət gördü. O isə 11 000 manata məni əməliyyat edə biləcəyini dedi. Mən də evimi girov qoyub, bankdan  7450 manat pul götürdüm. 3000 manat rayonda bir nəfərdən borc aldım. Pulun üstünü düzəltdim və fevralın 8-i məni klinikaya çağırdılar. Səhərisi günü əməliyyat olundum. Əməliyyatdan sonra vəziyyətim ağırlaşdı. Daha sonra mənə dedilər ki, əməliyyat səhv olunub. Gəl, səni bir də əməliyyat edək. Aprelin 30-u günü bir də əməliyyat olundum. Daha sonra isə hər iki həkim mənə dedi ki, sənin biz yox, türk həkim əməliyyat edib. Mən isə onlardan başqa həkim görməmişəm. Belə fırıldaqçılıq olmaz axı. Hazırda çox pis haldayam.  Bu qədər ədalətsizlik olmaz.  Pula görə insanı bu hallara salmaq dəhşətdir. Buna görə Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə və Prezidentə müraciət etmişəm. Sabah bütün sənədlərimi prezidentə göndərəcəm ki, məni Azərbaycan vətəndaşlığından çıxarsın. Ailə üzvlərimdən biri Dərbənddə yaşayır, gedib orda öləcəm".
 
Məsələ ilə bağlı Qardaşxan Məmmədovla əlaqə saxladıq. 
Həkimin sözlərinə görə əməliyyatı edən türk həkim olub:
"O insanı türk həkimi əməliyyat edib. Hazırda iş Nərimanov prokurorluğundadır. O insan "Space" telekanalında verlişdə də deyib ki, guya ona xərçəng diaqnozu qoyulub. Dediyim kimi iş Nərimanov prokurorluğundadır". Nəriman Nərimanov prokurorluğundan saytımıza istintaq davam etdiyi üçün açıqlama verə bilməyəcəklərini dedilər.
KLinika isə cavabdeh tərəf kimi həkimlə danışmağı məsləhət bildi.
 
Lalə
 
1
1
1
1








Redaktorun seçimi