Vaksini olmayan ölümcül virus yayılıb

131 dəfə oxunub
Vaksini olmayan ölümcül virus yayılıb

Hindistanın Kerala ştatında Nipah virusu doqquz nəfərin həyatına son qoyub.

Oxu.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ciddi narahatlığına səbəb olan infeksiyanın vaksini yoxdur.  Bu xəstəliyə yoluxanların 70% faizi ölür.

Nipah virusunun simptomları ilə 25 nəfər xəstəxanaya yerləşdirilib. Kerala ştatının səhiyyə naziri BBC-yə verdiyi açıqlamada pasiyentlərdən birinin qeydinə qalan tibb bacısının da öldüyünü bildirib.

Nipah dünyanın ən təhlükəli viruslarının onluğuna daxildir. ÜST epidemiyanın yayıla biləcəyini istisna etmir.

Nisbətən yeni infeksiya insanlara heyvanladan xüsusilə, yarasalardan keçir.  Virus ilk dəfə Malaziya və Sinqapurda 1999-cu ildə qeydə alınıb. Həmin vaxt infeksiya 100-dən çox insanın həyatına son qoymuşdu.

Virusun əsas simptomları qızdırma, baş ağrısı, süstlük, yuxululuq, tənəffüsün çətinləşməsi, diqqətin yayınmasıdır. İki-üç gündən sonra xəstə komaya düşür və ölür.

Faktor.az



Redaktorun seçimi