"Viagra" qocaları öldürür? - Açıqlama

Hit: 1918
"Viagra" qocaları öldürür? - Açıqlama
Son zamanlar yaşlı insanların "Viagra" dərmanından istifadə etdikləri üçün infarkt keçirdikləri ilə bağlı xəbərlərlə rastlaşırıq. 
 
Xüsusi ilə 40 yaşından sonra  kişilər də sərtləşmə və ereksiya problemi görülə bilər. Viaqra kişilərin bu probleminə həll olan bir həbdir. Bəs bu həb infarkt və ölüm riskinə səbəb ola bilərmi?
 
Faktor.Az saytına açıqlamasında həkim uroloq Vasif İsmayıl bildirib ki, bu dərman yalnız ciddi ürək xəstəlikləri olan insanlarda ölümə səbəb ola bilər:
"Viagra ancaq ciddi ürək problemi olan insanlarda ölümə səbəb ola bilər. İnsanın yaşının buna heç bir dəxli yoxdur. Dərman bəzi şikayətlər yaradır. Məsələn, üzdə qızarıqlıq, baş ağrısı, burun tutulması. Amma başqa ziyanı yoxdur".
 
Gülnar








Redaktorun seçimi