Hər gün yediyimiz bu qidalar əslində "zəhər"dir

Hit: 1164
Hər gün yediyimiz bu qidalar əslində "zəhər"dir

ABŞ-da aparılan bir araşdırma nəticəsində insan sağlamlığına ciddi ziyan vuran qidalar müəyyən edilib.

Faktor.az həmin qidaların siyahısını təqdim edir:

1.Fıstıq – Dünya əhalisinin yüzdə birinin bu bitkiyə qarşı allergiyası var. Ölümlə nəticələnən allergiyaların əksəriyyəti məhz fıstıqdan qaynaqlanır.

2.Qəhvə - Sevərək içdiyimiz qəhvə infarkta yol açması ilə yanaşı, yuxu rejimini pozur, dişləri saraldır.

3.Dondurulmuş qidalar – Məhsullar dondurulub uzun müddət saxlanarkən onların tərkibində zərərli bakteriyaların sayı artır. Bu da orqanizmə ziyan vurur.

4. Çiy yumurta – Tərkibindəki zərərli salmonella bakteriyası insan sağlamlığına ciddi zərər vura biləcək təsirə malikdir.

5.Ton balığı – Dünyada ən çox sevilən ton balığını sinir və ürək-damar problemi olan insanlara yemək tövsiyə olunmur.

6.Xəmir xörəkləri – Qanda olan pis xolestrolun səviyyəsini artırır.

7.Hazır şorbalar – Marketlərdə satılan toz halına gətirilmiş şorbalar tərkibindəki qatqılar səbəbindən insan sağlamlığına zərər vura bilir.

8.Yuyulmamış göyərti – Göyərti nə qədər faydalı olsa da, təmiz yuyulmadığı halda ciddi bağırsaq xəstəliklərinə yol açır.

9.Paytaxt salatı – Tərkibindəki bol mayonez səbəbindən zərərlidir. Çünki mayonezin tərkibində çox miqdarda asid turşusu (sirkə və ya limon suyu) var.

10.Ackee meyvəsi – Qərbi Afrika və Yamaykada yetişən bu meyvə kəsilən kimi yeyilərsə, ölümə səbəb olur. Bu səbəbdən meyvənin dadına baxmaq istəsəniz, onu kəsib qabığı qızarana kimi gözləməli olacaqsınız.

Nigar //Faktor.az









Redaktorun seçimi