Apteklərdə gözü müayinə etmək olarmı? - VİDEO

447 dəfə oxunub
Apteklərdə gözü müayinə etmək olarmı? - VİDEO

Adətən görmə qabiliyyətində problem olan şəxslərin ilk üz tutduğu ünvan göz həkimləri olurdu. Ancaq son vaxtlar bəzi vətəndaşlar bunun üçün apteklərə müraciət edir.

Faktor.az xezerxeber-ə istinadən xəbər verir ki, burada onların gözü aparatla yoxlanılaraq ona uyğun eynək təyin edilir. Maraqlısı budur ki, çox hallarda optik eynəklərin təyinatını peşəkar həkimlər yox ya əczzaçılar, ya da tibb bacısı təyin edir. Həkimlər isə xəbərdarlıq edir. Bu sonradan insanın görmə qabiliyyətini itirməsi ilədə nəticələnə bilər.

Görmə qabiliyyəti zəif olan insanlar aptekə gedir, orada isə bir neçə dəqiqə ərzində vətəndaşın gözünü aparatla yoxlayıb eynək verirlər. Bu isə bəzi hallarda problemlərə gətirib çıxarır.

Paytaxtda fəaliyyət göstərən bəzi apteklər var ki,burada həkim müayinəsindən keçmədən də eynək almaq olur.Məsələn aptekdə işləyən bu satıcı bildirir ki, müştərilərin xüsusi aparat vasitəsi ilə gözünü yoxlayıb ona uyğun eynək satılır.

Maraqlısı budur ki, apteklərdə eynək satan şəxslər heç də bu sahənin mütəxəssisləri olmur.

Bəzi satıcılar isə yalnız həkim resepti təqdim edildiyi halda eynək satıldığını bildirirlər.

Göz həkimi Emil Yusifov isə deyir ki,əslində gözün müayinəsi sırf ixtisaslaşmış həkimlər tərəfindən aparılmalıdır. Apteklərdən optik eynək alıb istifadə etdikdə isə bu gözdə bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Səhiyyə nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki,nazirlik tərəfindən yalnız müəyyən apteklərə optik eynəklərin müəyyən edilməsi və satışına icazə verilib.Digər apteklərdə bu xidmətin göstərilməsi isə qanuna uyğun deyil.

Faktor.az



Redaktorun seçimi