Ürəyi çöldə olan körpə dünyaya gəldi - VİDEO

Hit: 758
Ürəyi çöldə olan körpə dünyaya gəldi - VİDEO

Britaniyada riskli əməliyyat edilib.

Vanellope Wilkins adlı körpə dünyaya gələndə onun ürəyi bədənindən xaricdə olub.

O, doğulduqdan sonra ilk 50 dəqiqə əməliyyat edilib. Lesterdəki xəstəxanada əməliyyat edilən körpənin hazırda vəziyyəti normaldır.

Körpənin valideynlərin sevinclərini bölüşüblər. Onların dediyinə görə, uşaqlarının ölümünə özlərini hazırlamışdılar. Lakinuşaq möcüzə sayəsində sağ qalıb. Onlar həkimlərə təşəkkür ediblər.

Qeyd edək ki, uşaq əməliyyat edilərkən onun qolundan götürülən dəri ürəyinin üzərinə tikilib. //milli.az









Redaktorun seçimi