Səhərlər daha rahat oyanmaq üçün etməli olduğunuz 5 şey

Hit: 1392
Səhərlər daha rahat oyanmaq üçün etməli olduğunuz 5 şey

Səhərlər daha dinamik oyanmaq əksər insanlar üçün çətin məsələdir. Bunun sağlamlıq problemləri, düzgün qidalanmama, otağın temperaturu və s. səbəbləri ola bilər.

Faktor.az, ciddi bir sağlamlıq problemi olmayan insanların səhərlər daha dinamik oyanmaları üçün etmələri lazım olan 5 şeyi təqdim edir:

 

1. Səhər oyandıqdan sonra bir stəkan su için

Sağlam kişi orqanizminin 60, qadın orqanizminin isə 50 faizini su təşkil edir. Yeni doğulan uşaqlarda bu göstərici 70-75 faiz ikən, yaş artdıqca aşağı düşür.

Səhərlər içəcəyiniz suyun otaq temperaturunda olmasına diqqət edin.

 

2. Otaq temperaturu

Mütəxəssislər, yaxşı yuxu üçün otağın temperaturunun 20 dərəcə olmasını ən yaxşı sayırlar.

 

3. Saat zəngini ertələməyin

Əgər siz, ardıcıl 21 gün ərzində saatın ilk zəngində oyansaz, daha saat zənginə ehtiyac olmadan da oyana biləcəksiz.

 

4. Həftəsonları da qrafikə uyğun oyanın

 

Həftə ərzində yuxu saatlarınızı qeydə alın və qeyri-iş günlərində də bu qeydlərə uyğun oyanın.

 

5. Gün ərzində yataqda vaxt keçirməyin

 

Gecələr yatdığınız yataqda gündüzlər vaxt keçirməyin. Yatağınızdan sırf yuxu vaxtı üçün istifadə edin.

 

Faktor.az//









Redaktorun seçimi