Həsrət qaldığımız orqanik məhsullar - Necə və haradan əldə etməli?

1056 dəfə oxunub
Həsrət qaldığımız orqanik məhsullar - Necə və haradan əldə etməli?
İstək, hədəf, rəqabət, yaşam, xoşbəxtlik...
 
Bu siyahıya minlərlə söz əlavə etmək olar. Əlavə edə bilmək üçün də sağlam və enerjili cana sahib olmaq lazımdır.
 
Çoxumuzun şikayətləndiyimiz bir mövzuya toxunmaq qərarına gəldik.
 
Sosial şəbəkələrdə hər gün, demək olar ki, hər dəqiqə təbii, təmiz və orqanik məhsulları tapa bilməyən şəhər sakinlərinin şikayət dolu paylaşımlarını görürük.
 
Axı biz hansı şirkətin təqdim etdiyi təbii məhsullardan istifadə etməliyik? Ümumiyyətlə, müştəriyə təqdim edilən məhsulun tərkibi, keyfiyyəti, faydaları və hazırlanma prosesi barədə məlumat verilirmi?
 
 
Əksər yerlərdə təmiz kənd məhsulu adıyla “yüz cür yol”dan keçmiş qidalara rast gəlirik. Ya bir çox məhsulun qapağını açanda qıcqırdığını görmüşük, ya da qidalanmaq üçün yararsız halda olduğunu...
 
Hər gün bu cür qida məhsullarından yüzlərlə insan zəhərlənir. Onlar arasında hamilə qadınlar, uşaqlar və yaşlılar üstünlük təşkil edir.
 
Rayon yerlərində yaşayan qohumlarımız tərəfindən göndərilən məhsulların keyfiyyətinə hamımız bələdik. Ev şəraitində hazırlanmış qida ehtiyyatlarının insanlar üçün nə qədər faydalı olduğunu azdan-çoxdan bilirik. Ən azından bu mövzuda kənd və şəhərlərdə yaşayan insanların sağlamlıq durumunu müqayisə etmək yetərlidir.
 
Əslində “kənd məhsulları” adı ilə müxtəlif bazarlardan alınıb şəhərdə yerləşən yüzlərlə mağazada həmin məhsulların satışı həyata keçirilir. Sevə-sevə aldığımız qidaların heç istehsal prosesi barədə məlumatımız yoxdur, amma önündə “kənd” sözü olduğu üçün rahatlıqla o məhsullardan istifadə edirik. Bununla da ailəmizi, uşaqlarımızı və özümü düşünmədən təhlükəyə atmış oluruq. Hər bir insan o məhsulları fərqli istehsal edir. Biri duzunu, biri qaynama temperaturunu çox edir, biri sirkəni çox tökür, biri natəmiz şəraitdə hazırlayır və siyahıya hamımızın bildiyi onlarla səbəbi də əlavə edə bilərik.
 
İnternetdə bir çox orqanik məhsulların satışını həyata keçirən şirkətlərə rast gəldik. Əlaqə saxlayıb sözügedən qidalarla maraqlandıq. Daha çox fərqli məhsulu və fərqli təqdimatı ilə diqqətimizi çəkən bir şirkət barəsində məlumata da rast gəldik. Özü kimi devizi də fərqli idi: “Meşə məhsullarını şəhərə köçürürük”.
 
Məhsulları ilə maraqlanmağa başladıq. Bizi maraqlandıran suallar çox idi:
“Görəsən, məhsullar harada hazırlanır?”, “Hazırlanma şəraiti necədir?”, “Ümumiyyətlə, biz onların məhsullarını hansı səbəb seçməliyik?”, “Təklif etdikləri qidaların faydaları barədə məlumatları varmı?” “Yoxsa sadəcə bu bir biznes sahəsidir?”
 
Söylədiyimiz bu suallar beynimizdə dolaşa-dolaşa şirkətin elektron poçtuna qədər gedib çıxdı...
 
Çox keçmədi ki, suallarımıza fərqli cavablar gəlməyə başladı. Məhsullar Şəkinin kəndində xüsusi texnologiya ilə ev şəraitinə uyğun, 30 dərəcəyə qədər temperaturda istehsal olunur. Bu şəraitdə hazırlanan məhsullar keyfiyyətini və tərkibini dəyişmir. Yəni şirkət, hər qapıdan bir məhsul deyil, bir qapıdan yüz məhsul təklif edir.
 
Hələ ki, meşə məhsullarına üstünlük verildiyi və yeni plantasiyaların salındığı deyildi. Qeyd edək ki, meşələrdə yetişən itburnu bitkisindən ibarət yeni plantasiyalar da salınıb. Çeşidlərə uyğun bir çox böyük plantasiyaların salınması və yemiş ölçüsü boyda limonun yetişdirilməsindən də söz açıldı.
 
Şirkət təklif etdiyi bir neçə məhsulun xalq təbabətindəki faydaları barədə bukletlərində çap etdiyi aşağıdakı məlumatları da göndərdi:
 
1) İtburnu şirəsi: Qara ciyər və öd yollarının yuyulmasında, böyrək xəstəliklərinin müalicəsində xüsusi rolu var;
 
2) Bal: İmmunitetin yüksəlməsində istifadə olunur;
 
3) Bal qarışımı - qayısı (ərik): Vitamin çatışmazlığında, cinsi gücün artırılmasında, orqanizmin gücləndirilməsində istifadə olunur;
 
4) Bal qarışımı – qara gavalı: Qəbizliyin qarşısını almaqda istifadə edilir;
 
5) Balqabaq tumu balda: Uşaq və böyüklərdə immunitet sisteminin gücləndirilməsində və qurd xəstəliklərinin qarşısının alınmasında istifadə olunur;
 
6) İmbir bal-limon: Artıq çəkidən azad olmaq üçün istifadə olunur;
 
7) Çay tikanı balda: Orqanizmin cavanlaşdırılması və mədə ağrıları zamanı istifadə edilir. Çay tikanı damarları təmizləyir, möhkəmləndirir, yaraları sağaldır, selikli qişaları bərpa edir, ürək xəstəliklərində aterosklerozun əsas səbəblərini, insultun və infaktın qarşısını alır, iltihabı azaldır;
 
8) Zirinc balda: Qanı təmizləyən vasitə kimi hepatit, qara ciyər və öd kisəsi xəstəliklərində istifadə olunur;
 
9) Qara qarağat balda: Soyuq dəymə zamanı istifadə olunur;
 
10) Feyxua balda: Qalxan vari vəz xəstəliklərində istifadə olunur;
 
11) Qoz mürəbbəsi: Zob xəstəliyində və bədənin qüvvətləndirilməsində, bronxların rahatlaşmasında, həzm sistemini tənzimləyən vasitə kimi istifadə olunur;
 
Qeyd edək ki, 40-dan çox çeşidi olan “Banu Organic” şirkəti 15 avqustda “Neptun” supermatketlər şəbəkəsinin “28 may” filialında (Bakı, Şəmsi Bədəlbəyli küç. 102) məhsullarının təqdimatını keçirəcəyini açıqlayıb.
 
Orqanik məhsullar təklif edən şirkət eyni zamanda müştəriləri qidaların faydaları barədə də məlumatlandırır. Bu isə təklif edilən məhsulların keyfiyyətli, orqanik və təmiz olmasını bir daha isbat edir.
 
Bizim seçimimiz “Banu Organic” şirkətinə məxsus məhsullar olsa da, sizə sözügedən dadımda iştirak etməyinizi və təklif edilən təamların dadına və keyfiyyətinə baxmağınızı təklif edirik.
 
Bir sözlə, seçimi sizə buraxırıq...
 

 


loading...
loading...

Redaktorun seçimi