Ürəyin sağlamlığını qoruyan - MÜKƏMMƏL QARIŞIQ

Hit: 747
Ürəyin sağlamlığını qoruyan - MÜKƏMMƏL QARIŞIQ

Düzgün və sağlam qidalanma ürəyin və damarların sağlamlığında olduqca böyük rol oynayır. Bəzi məhsullar var ki, onları ürək üçün əsl təbii dərman hesab etmək olar.

Faktor.az saglamolun.az-a istinadən bildirir ki, bu məhsulları qidalanmaya daim daxil etməklə ürəyinizi cavan və sağlam saxlaya bilərsiniz.

Sizə ürək-damar sistemi üçün çox faydalı qarışığın reseptini təqdim edirik.

Bu mükəmməl qarışıq ürək üçün olduqca faydalı olan 2 məhsuldan ibarətdir - pomidor şirəsi və zeytun yağı.

Gündə 1 dəfə yeməkdən 40 dəqiqə sonra 1 çay qaşığı zeytun yağı əlavə olunmuş 1 stəkan təzə pomidor şirəsini için (duz əlavə olunmur!).

Qarışığın faydaları:

- ürəyi möhkəmləndirir
- yüksək arterial təzyiqi aşağı salır
- damarları möhkəmləndirir, onların elastikliyini artırır
- damarları təmizləyir
- damarlarda trombların əmələ gəlməsi riskini azaldır
- xolesterolun səviyyəsini aşağı salır
- qanın tərkibini yaxşılaşdırır.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı bu qarışığın istehlakı sağlamlığa ziyan vura bilər. Bu bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, xora və s.), böyrək və öd daşı xəstəliyi, podaqra və s.









Redaktorun seçimi