Cinsi gücü və istəyi artıran yay meyvəsi: mütəmadi yesəniz... - İNANILMAZ FAYDALARI

Hit: 1596
Cinsi gücü və istəyi artıran yay meyvəsi: mütəmadi yesəniz... - İNANILMAZ FAYDALARI

Yayın sevimli qidalarından biri də yemişdir. A, B, E vitamini, yod, kalium, kalsium, maqnezium, sink, mis, dəmir, ftor, fosfor kimi minerallarla zəngin olan yemiş faydalı  meyvələr sırasındadır. İlk növbədə asanlıqla yuxuya getməyə kömək edir. Bununla yanaşı, mütəxəssislərin fikrincə, yemişin gözəl ətri cütlüklərdə cinsi istəyi artırır.

Faktor.az ailem.az-a istinadən yemişin faydalı xüsusiyyətlərini sadalayır. 

- Yeməkdən əvvəl yeyilən yemiş həzm sistemi orqanlarını təmizləyir.

- Böyrək-sidik kisəsi qumu tökülən zaman yemiş yeyilərsə, böyrəklər rahatlanır və sakitləşir. Yemiş həm də sidikqovucudur. Sidik yolu xəstəliklərinə qarşı faydalıdır.

- Babasil şikayətlərinə yaxşı təsir edir.

- Yemiş stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, yuxusuzluğu aradan qaldırır.

- Qidalı liflərlə zəngin olduğu üçün bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaq xərçəngi riskini azaldır.

- Yemişin dənələrini qaynadıb suyu içildikdə nəfəs yolu narahatlıqlarının qarşısını ala bilər.

- Qaraciyər xəstəliklərinə də yemiş dənəsi suyu yaxşı təsir edir. Lakin gündə 1 stəkandan çox içmək məsləhət deyil. Yemiş özü isə qaraciyəri təmizləyir, fəaliyyətini yaxşılaşdırır

- Yemiş bədənə sərinlik hissi verir. Yanan hissəyə yemiş qoyularsa, ağrı azalır və sağalmasına kömək edir.

- Mütəmadi yeyildikdə ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.

- Ət bişirən zaman yemiş qabığı əlavə edilərsə, tez bişməsinə səbəb olar.  

- Yemiş təbii afrodizyak sayılır. Bu meyvə qədim zamanlardan kişilərdə potensiyanı artıran təbii vasitə kimi tanınır. Gözəl ətri isə cütlüklərdə cinsi istəyi artırır.









Redaktorun seçimi