"Seqvey"lərdən istifadə fiziki hərəkətsizliyi artırır - VİDEO

Hit: 1412
"Seqvey"lərdən istifadə fiziki hərəkətsizliyi artırır - VİDEO

Ona əyləncə növü kimi baxanlar da var, idman aləti hesab edənlər də... Ən böyük üstünlüyü isə ayaqla uzun-uzadı gedəcəyiniz məsafəni daha qısa müddətdə qət etmə gücüdür. Sürəti saatda 30 kilometrə qədər çatır..

Faktor.az bildirir ki, "seqvey" adlandırılan bu alət idman məhsulları satılan mağazalarda ən çox tələb olunan cihazdır. Müştərilərin əksəriyyəti gənc nəslin nümayəndələridir.
Son 2 ildə dəbə düşən bu alətlər 1 illik zəmanətlə satılır. Demək olar ki, hər addımbaşı bu alətlə şəhərə çıxan gənclərlə rastlaşırıq.

Satıcılar deyirlər ki, alıcılar arasında valideynləri ilə gələn uşaqlar da olur. İstifadə qaydasını isə elə mağazada öyrənirlər. Onlara edilən yeganə tövsiyə isə budur ki, "seqvey" üzərində tarazlığı qoruyub saxlasınlar.

Deməli istənilən halda təhlükə var. Hətta peşəkar "seqvey" istifadəçilərini da ani qəzalar gözləyə bilər. Həkimlər isə iddia edirlər ki, bu və bu kimi alətlər insanlarda fiziki hərəkətsizliyi artırır. Ona görə də tövsiyə olunur ki, hər gün ən azı 20-40 dəqiqəlik gəzintiyə çıxsınlar.

Odur ki, gəlin bizi tənbəlliyə öyrəşdirən belə alətlərdən qədərində istifadə edək. /xezerxeber.az









Redaktorun seçimi