Bu dərman XƏRÇƏNGi müalicə edir

Hit: 1043
Bu dərman XƏRÇƏNGi müalicə edir

Faynşteyn Tibbi Araşdırmaları İnstitutunun son araşdırmaları göstərib ki, mebendazol (tanınmış qurd əleyhinə preparat) bəzi beyin xərçəngini, o cümlədən qliomanı (ən çox təsadüf edilən beyin xərçıngi növü) müalicə edir.

Faktor.az saglamolun.az-a istinadən bildirir ki, mebendazol xərçəng hüceyrələri məhv edir. Hal hazırda bu növ xərçəngin müalicəsində "vinkristin" adlı preparat istifadə olunur. Lakin bu preparatın çox ciddi yanaşı təsirləri var.

Araşdırmalar göstərib ki, mebendazol qliomanın inkişafını ləngidir, vinkristin isə yox.

Növbəti araşdırmalar vinkristini mebendazolla əvəz etməyin mümkün olub-olmadığını göstərəcək.









Redaktorun seçimi